Sumqayıtda piyadalara görə yol kənarlarına dəmir maneələr çəkilir VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sumqayıtda piyadaların yol hərəkəti qaydalarını pozması artıq adi hala çevrilib. Burada vətəndaşlar keyfiyyətli səki mövcud olduğu halda yolun avtomobillər üçün nəzərdə tutulan hissəsində hərəkət etməyə davam edirlər.
Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhəri Sülh prospektində piyadalar “zebra” olduğu halda yolu haradan gəldi keçirlər. Dəfələrlə şəhərin ən böyük küçəsində bununla bağlı qəza hadisələri, piyada ölümləri də olub. 2 il əvvəl axşam saatlarında Sülh prospektində içkili vətəndaş yolu 10 metrliyindəki piyada keçidindən yox, kənardan keçdiyi üçün avtomobilə çırpılmışdı. Nəticədə, piyada xəstəxanada dünyasını dəyişmişdi.
Bu gün sosial şəbəkələrdə yayılan videodan da görünür ki, piyadaların artıq “zebra”lardan istifadəyə məcbur etmək məqsədilə prospektin ətrafına dəmir maneələr quraşdırılıb. Ümid edirik ki, cərimələrin və digər tədbirlərin mövcudluğu arıtq piyadaları yalnız onlara aid hissələrlə hərəkət etmələrinə gətirib çıxaracaq.
Səfər
Baxış sayı:84
Bu xəbər 02 İyul 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















