Sumqayıtda Xəzər dənizi quruyur (Video)
Icma.az bildirir, Milli.az portalına istinadən.
Sumqayıtda Xəzər dənizinin sahilində qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, yayılan kadrlarda dəniz suyunun xeyli geri çəkildiyi və sahil xəttində nəzərəçarpacaq dəyişikliklərin olduğu görünür. Paylaşım qısa zamanda çoxsaylı istifadəçinin diqqətini çəkərək müxtəlif müzakirələrə yol açıb.
Sosial şəbəkə istifadəçilərinin bir qismi Xəzər dənizində suyun səviyyəsinin azalmasının narahatlıq doğurduğunu qeyd edib. Bəziləri isə bunun ekoloji vəziyyətə təsirləri ilə bağlı fikirlərini bölüşərək aidiyyəti qurumların məsələni diqqətdə saxlamasının vacibliyini vurğulayıblar.
Paylaşılan görüntülər fonunda Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi yenidən gündəmə gəlib və istifadəçilər bu prosesin səbəbləri ilə bağlı müxtəlif mülahizələr irəli sürüblər.
Həmin görüntüləri təqdim edirik.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 13 İyul 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















