Icma.az
close
up
RU
Xəzər dənizi niyə quruyur? Rusiyadan açıqlama gəldi

Xəzər dənizi niyə quruyur? Rusiyadan açıqlama gəldi

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Xəzər dənizinin suyunun səviyyəsinin həddindən artıq aşağı düşməsi son 30 ildə davam edir. Hazırda azalmanın bütün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Turkustan.az xəbər verir ki, roblemlə bağlı narahatlığı Rusiya Təbii Sərvətlər Nazirliyi TASS-a verdiyi məlumatda ifadə edib.

Nəşr Azərbaycan dövlətinin narahatlığını xüsusi vurğulayıb. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bu məsələyə toxunduğunu qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat: "Xəzər dənizi sürətlə kiçilir və bu prosesin əsas səbəbi iqlim dəyişikliyi deyil, ekoloji amillərdir. Hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə toplantısında Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsinə diqqət çəkdim. Bu gün vəziyyət daha da pisdir. Dəniz sürətlə daralır. Bu problem iqlim dəyişikliyi ilə bağlı deyil".

Qeyd eədk ki, Prezident İlham Əliyev gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısının alınması üçün Xəzəryanı ölkələrin birgə səylərinin zəruriliyini vurğulayıb. O, Azərbaycanın bu problemin həlli üçün BMT ilə sıx əməkdaşlığa hazır olduğunu bildirib.

Rusiya Təbii Sərvətlər Nazirliyi TASS-a problem haqda danışarkən deyib: "20-ci əsrdə ekstremal dalğalanmaların iki dövrü qeydə alınıb: 1930-cu ildən 1977-ci ilə qədər Xəzər dənizinin səviyyəsində 3 metr eniş, Baltik Hündürlük Sistemində (BHS) mənfi 29 metrə çatdı. 1978-ci ildən 1995-ci ilə qədər suyun səviyyəsi 2,4 metr artaraq HS2166-a çatdı. Xəzər dənizinin səviyyəsində daha bir enmə müşahidə olunub və Dövlət Hidrologiya İnstitutunun məlumatına görə, hazırda BHS-də mənfi 29 metrə çatıb”.

Agentlik vurğulayır ki, həm Rusiya, həm də beynəlxalq alimlərin apardığı araşdırmalar göstərir ki, Xəzər dənizinin su səviyyəsinə əsasən dənizin daxilində buxarlanma və yağıntılar və daxil olan çayların axması kimi iqlim amilləri təsir edir ki, bu da çay hövzələrində buxarlanma və yağıntılardan asılıdır.

“Eyni zamanda, ekspertlər müvafiq uyğunlaşma tədbirlərinin işlənib hazırlanması üçün iqlim dəyişikliyinin Xəzər dənizinə təsirinin hərtərəfli öyrənilməsinin davam etdirilməsinin zəruriliyi ilə razılaşırlar”, - deyə qurumun mətbuat xidməti qeyd edib.

Rusiya Təbii Sərvətlər Nazirliyi VNIRO-nun (KaspNIRKh) Volqa-Xəzər bölməsi ilə birlikdə Xəzər dənizinin Rusiya hissəsində dəniz səviyyəsində dəyişikliklərin öyrənilməsi və dəniz səviyyəsinin aşağı düşməsi şəraitində potensial mənfi nəticələrin minimuma endirilməsi üçün tədbirlər proqramı hazırlayır.

“Nəticədə Xəzər dənizinin səviyyəsində gələcək dəyişikliklərin, bu dəyişikliklərin sosial-iqtisadi təsirlərinin qiymətləndirilməsi üçün metodologiya, əhalinin və iqtisadiyyatın uyğunlaşması üzrə federal sənaye, federal və regional icra hakimiyyəti orqanları üçün tövsiyələr hazırlanacaq”, - deyə nazirlik qeyd edib.

Qeyd edək ki, nazirlik 1994-cü ildə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın iştirakı ilə yaradılmış Xəzər dənizinin Hidrometeorologiyası üzrə Əlaqələndirmə Komitəsi çərçivəsində əməkdaşlıqdan da danışıb.

"Əlbəttə ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsinin bütün aspektlərini anlamaq yalnız Xəzər regionu dövlətlərinin birgə səyləri nəticəsində mümkündür. Hazırda Rusiya-Azərbaycan işçi qrupunun ekspertləri Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı birgə əməkdaşlıq proqramı hazırlayırlar", - deyə nazirlik vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın paytaxtı Bakıda və Xəzər dənizinin ləpədöyən rayonlarında yaşayan adi vətəndaşlar da Xəzərin suyunun demək olar ki, gündən-günə geri çəkilməsini, daha dəqiq ifadə eləsək, quramasını müşahidə edir. Və bu hal aidiyyəti qurumları və yerli alimləri düşündürdüyü qədər, vətəndaşları da narahat edir./publika.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:415
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri