Icma.az
close
up
RU
Sumqayıtda yeni avtobuslar niyə yığışdırılıb? AYNA dan açıqlama

Sumqayıtda yeni avtobuslar niyə yığışdırılıb? AYNA dan açıqlama

Icma.az, Bakupost saytına istinadən bildirir.


Sumqayıt şəhəri ilə Saray qəsəbəsini əlaqələndirən 522 nömrəli marşrut xəttində yenilənmə sevinci uzun çəkmədi. Bir neçə gün öncə xəttə buraxılan müasir “Karsan” markalı avtobuslar “Tərlan” istiqamətində cəmi üç gün işlədikdən sonra qəfil xətdən çıxarılıb. Onların yerinə isə yenidən köhnə, texniki cəhətdən nasaz avtobuslar buraxılıb.

Bakupost.az xəbər verir ki, sakinlərin “Yeni Müsavat”a verdiyi məlumata görə, “Karsan” avtobusları sərnişinlər tərəfindən böyük razılıqla qarşılanmışdı.

Onlar həm komfort, həm də təhlükəsizlik baxımından əvvəlki avtobuslardan qat-qat üstün idi:

“Bu avtobuslar təzə və içərisi təmiz idi. Nəhayət, normal şəraitdə hərəkət edəcəyimizi düşündük. Amma cəmi üç gün işlədilər, sonra onları birdən-birə yığışdırdılar. Heç kim izah vermir ki, niyə belə oldu”.

Hazırda xəttə buraxılan avtobusların köhnə olduğu, tez-tez sıradan çıxdığı, sərnişinlərin təhlükəsizliyini risk altına qoyduğu bildirilir.

Maraqlıdır ki, sözügedən “Karsan” avtobusları əvvəllər Gəncənin 4 nömrəli marşrut xəttində istismar olunub. Daha sonra onların Sumqayıt–Saray istiqamətinə gətirildiyi açıqlanmışdı. Bu, şəhərin ictimai nəqliyyatının modernləşdirilməsi istiqamətində atılan addım kimi təqdim olunmuşdu.

Lakin indi bu yeniliyin ləğv olunması ictimai suallar doğurur: Nə baş verdi? Yeni avtobuslar niyə geri yığıldı? Texniki problem olub, yoxsa marşrutun idarəçiliyində başqa maraqlar var?

Sakinlər ümid edirlər ki, məsul qurumlar bu qərara aydınlıq gətirəcək və 522 nömrəli xəttdə yenidən rahat, təhlükəsiz və müasir avtobusların fəaliyyəti bərpa olunacaq.

“Saray-Sumqayıt xətti onsuz da hər gün doludur, bəzən avtobuslara minmək mümkün olmur. Yeni avtobuslar həm geniş idi, həm də təhlükəsiz. Niyə onları geri yığışdırdılar, anlaya bilmirik”, - deyə sərnişinlər bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Sumqayıt şəhəri ilə Saray qəsəbəsini əlaqələndirən 522 nömrəli marşrut xəttində daşıyıcı tərəfindən hər hansı bir yenilənmə aparılmayıb:

“Sözügedən avtobuslar daşıyıcı tərəfindən müvəqqəti olaraq ərazi üzrə infrastruktur və digər uyğunluqla əlaqəli sınaqdan keçirilib. Tərəfimizdən daşıyıcıya avtobus parkının yenilənməsi və nizamlı sərnişindaşımanın həyata keçirilməsi ilə bağlı tapşırıq verilib”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Oktyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri