Icma.az
close
up
RU
Sumqayıtın deputatları peşə məktəbində olbular FOTOLAR

Sumqayıtın deputatları peşə məktəbində olbular FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu gün Milli Məclisə Sumqayıt şəhərindən seçilən deputatlar Mehriban Vəliyeva və Tahir Mirkişili İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində olbular. 

İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini Aqil Əzizov və Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov deputatlara Peşə Təhsil Mərkəzinin fəaliyyəti və gələcək planlar haqqında ətraflı məlumat verdilər. Daha sonra qonaqları məktəbin tədris prosesi, maddi-texniki bazası, təlim laboratoriyaları, innovativ imkanları ilə tanış edbilər.

Agentliyin sədr müavini Aqil Əzizov qeyd etdi ki,peşə təhsilinin inkişafında innovativ yanaşmaların əhəmiyyəti olduqca böyükdür: "Bu təhsil ocağı ölkəmiz üçün yüksək ixtisaslı kadrlar yetişdirilməsinə mühüm töhfə verəcəkdir. Müasir avadanlıqlarla təchiz olunmuş emalatxanalar və praktik dərs otaqları peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir”.

Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov bildirdi ki, Peşə Təhsil Mərkəzi müasir əmək bazarının tələblərinə uyğun olaraq peşəkar kadrların hazırlanmasına xidmət edir: "Burada tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etmələri üçün geniş imkanlar yaradılıb. Tədris prosesində müasir texnologiyalardan və innovativ tədris üsullarından istifadə olunur ki, bu da məzunların gələcək karyera yollarında uğur qazanmasına mühüm töhfə verir”.

Deputat Mehriban Vəliyeva çıxış edərək qeyd edib ki, peşə təhsilinin inkişafı ölkəmizin iqtisadi inkişafı və insan kapitalının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Hazırda dövlətimiz bu sahəyə xüsusi diqqət ayırır və innovativ yanaşmaların tətbiqi ilə peşə təhsilini daha da cəlbedici və effektiv hala gətirir. Bu gün burada gördüklərimiz onu deməyə əsas verir ki, dövlətimizin həyata keçirdiyi islahatlar real nəticələr verir və gənclərin peşə təhsilinə marağı artmaqdadır.”

Deputat Tahir Mirkişili isə çıxış edərək bildirib ki, bu cür təhsil müəssisələri ölkəmizdə texniki ixtisaslar üzrə yüksəkixtisaslı mütəxəssislər yetişdirilməsinə mühüm töhfə verir: "Peşə təhsili sahəsində aparılan islahatlar və müasir texnologiyaların tətbiqi gənclərimizə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı yaradır. Sumqayıtda yerləşən İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən müasir standartlara uyğun Peşə Təhsil Mərkəzinin fəaliyyəti bunun bariz nümunəsidir”.

Sonda deputatlar Mərkəzdə təhsil alan bir qrup tələbə ilə görüşüb, onlarla  fikir mübadiləsi aparıblar. Tələbələr təhsil aldıqları mühit və onlara yaradılan imkanlardan razı olduqlarını bildirdilər. Tələbələrin müxtəlif suallarını cavablandıran deputatlar  onlara uğurlar arzulayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri