Sumqayıtın futbolçusu Məqsədimiz yuxarı pillələrə qalxmaqdır
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Misli Premyer Liqasında I dövrəyə yekun vurulub. Komandalar artıq qış fasiləsinə yollanıb və bir neçə günlük istirahətin ardından hazırlıqlara başlayacaqlar.
"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev Sport24.az-a açıqlamasında çempionatın geridə qalan hissəsini dəyərləndirib:
"Mövsüm başlamamışdan öncə yaxşı toplanış keçmişdik. Hədəfimiz Konfrans Liqasında mərhələ adlamaq idi. Təəssüf ki, məğlub olduq. Bundan sonra çempionata kökləndik. İlk 3 tur bizim üçün pis keçmədi. Sonra komandada dəyişiklik oldu. Hal-hazırda "Sumqayıt" 6-cı pillədə qərarlaşıb. İnanıram ki, qış fasiləsi bizim komandanın xeyrinə olacaq. Məqsədimiz yuxarı pillələrə qalxmaqdır".
Baxış sayı:68
Bu xəbər 24 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















