“Sumqayıt”ın futbolçusu “Neftçi”də! Samir Abasov onu unuda bilmir...
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Yeni mövsüm üçün komanda formalaşdırmaq istiqamətində işlərə start verən “Neftçi” daha bir futbolçunu heyətinə qatmaq məqsədilə hərəkətə keçib.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” “Sumqayıt”ın oyunçusu Roy Kehatla güclənmək istəyir. Təbii ki, Brahim Konate seçimində olduğu kimi, Kehatla bağlı qərar da baş məşqçi Samir Abasova məxsusdu. Mütəxəssis “kimyaçılar”da çalışdığı dövrdə rəhbərlik etdiyi israilli yarımmüdafiəçinin performansını bəyənir və paytaxt təmsilçisinin heyətində də özünü yaxşı tərəfdən göstərəcəyinə inanır.
Əslində Abasov bu istəyini hələ ötən ay şəxsi əlaqələri vasitəsi ilə “Sumqayıt”a çatdırıb. Tənbəllik etməyən “gənclik şəhəri”nin təmsilçisi isə dərhal futbolçuyla cari mövsümün sonunda başa çatacaq müqavilənin müddətini daha 2 il artırıb. Belədə sövdələşmənin asanlıqla baş tutmayacağı gözlənilir. Axl “kimyaçılar” iki mövsümdü aparıcı futbolçularından sayılan Kehat sayəsində daha çox qazanc əldə etmək istəyir.
Hər halda, Samir Abasov bu keçidin reallaşmasında israrlıdı. “Neftçi”nin maliyyə durumunu nəzərə alsaq, rəhbərliyin baş məşqçinin istəyini yerinə yetirmək üçün əlini cibinə atacağına şübhə yoxdu.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 01 May 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















