Icma.az
close
up
RU
Sumqayıt ın israilli futbolçusu: Samir Abasov amili və ora keçən futbolçular Neftçi ilə rəqabətimizi artırır MÜSAHİBƏ

Sumqayıt ın israilli futbolçusu: Samir Abasov amili və ora keçən futbolçular Neftçi ilə rəqabətimizi artırır MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sumqayıt"ın israilli futbolçusu Roi Kehatın Teleqraf-a müsahibəsi

- Artıq iki ildir ki, "Sumqayıt"ın şərəfini qoruyursunuz. Burada özünüzü necə hiss edirsiniz?

- Ümumiyyətlə, Sumqayıtdakı təcrübəm yaxşıdır. Əlbəttə, ilk ilim komandanın uğuru baxımından ikincidən daha yaxşı idi. Özümü yaxşı hiss edirəm və bu iki ildə bacarıqlarımı göstərməyə çalışmışam. Məqsədim komandaya mümkün qədər töhfə verməyə davam etməkdir. Azərbaycanda özümü əla hiss edirəm. Buradakı həyatımdan həzz alır və özümü uzun illər burada görürəm.

- Komandanın yeni baş məşqçisi Saşa İliçlə ilkin məşqlər necə keçir?

- İlk məşqlər yaxşı tempdə keçirilir, məşqçi heyəti bizi mərhələli şəkildə mövsümün startına necə hazırlayacağını bilir, baş məşqçinin yanaşması çox tələbkardır. O, futbolçulardan görmək istədiyini mütləq vurğulayır və təkrarlayır ki, üslubumuzu özünün istədiyi oyuna uyğunlaşdıra bilək.

- Saşa İliçin gəlişi komandanın daxili ab-havasını necə dəyişdi?

- Hər yeni mövsümdə həmişə yüksək motivasiya olur. Mövsümlərarası fasilədə dincəldikdən sonra qarşıdakı mövsümdə daha yaxşı olmaq üçün işləməyə böyük enerji ilə gəlirsən.

- Onun xüsusi nizam-intizam qaydaları var?

- Meydanda taktiki nizam-intizam İliç üçün çox vacibdir.

- Sizinlə şəxsi danışığı olub?

- Bir peşəkar olaraq, məşq zamanı onunla məndən gözləntiləri və hansı mövqedə oynadacağı barədə danışmışam. Çox açıq fikirli və ünsiyətcildir.

- Saşa İliçlə sabiq baş məşqçiniz Vaqif Cavadovu necə müqayisə edərdiniz?

- Məşqçiləri müqayisə etməyi sevmirəm, hərəsinin öz üslubu və yanaşması var. Fikir bildirmək mənlik deyil, öz işimi görmək və ən yaxşı olmağa çalışıram.

- "Sumqayıt"da bir neçə baş məşqçi ilə çalışmısınız. Hansı mütəxəssisin rəhbərliyi altında özünüzü daha sərbəst və inamlı hiss etmisiniz?

- Əvvəlki iki ildə olan iki baş məşqçi mənə inam və özümü göstərmək üçün şans verdi. "Sumqayıt"da olduğum ilk ildə bütövlükdə komanda daha yaxşı idi. Samir Abasov futbolçuların maksimum bacarıqlarını üzə çıxarmağı bacarırdı.

- Komandada bir çox futbolçu dəyişikliyi baş verib. Hansı oyunçunun gedişinə üzülürsünüz?

- Bəli, bu il çox dəyişikliklər oldu. Hər bir futbol komandasında nəsil dəyişikliyi baş verən il olur. Burada paltardəyişmə otağında və meydanda çox əhəmiyyətli fiqurlar var idi. Klub bu boşluğu dolduracaq oyunçuları necə tapacağını bilməlidir. Bu, digər oyunçular üçün öz bacarıqlarını göstərmək və fürsətdən istifadə etmək üçün əla fürsətdir.

- Azərbaycan və vətəniniz İsraildən başqa Avstriyada "Austriya Vyana" komandasında oynamısınız. Bu üç ölkənin azarkeşlərini necə müqayisə edərdiniz?

- Məncə, İsrail və Avstriyada azarkeş mədəniyyəti oxşardır, böyük komandalar var ki, onların ev oyununa 10-20 min azarkeş gəlir, digər komandaların isə azarkeş sayı daha azdır. İsraildə ölkə kiçik, futbol isə çox populyar olduğundan hər yerdə bu idman növü barədə söhbətlər eşidə bilərsiniz. Azərbaycan Premyer Liqasının oyunlarında çoxlu sayda azarkeş olmur, yalnız böyük və ya çox vacib görüşlər istisna olmaqla. Mənim ilk mövsümümdə bir neçə ev oyunumuzda da çoxlu sayda azarkeş var idi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhəri stadionu hər oyunda azarkeşlə dolu olsaydı, sevinərdim, bu, komandanın uğurlarına töhfə verərdi.

- Bu ölkələrin futbol infrastukturu necə fərqlənir?

- Azərbaycan komandalarının məqsədləri digərlərindəki kimidir. Çoxlu pulu olan komandalar yüksək şərtlər qoyur, büdcəsi az olan komandalar isə futbol komandasında olmalı əsas şeylərə cavab verməyə çalışırlar. Oyunun keyfiyyətinə gəlincə, Avstriyada temp adətən daha yüksək olur.

- "Sumqayıt" karyeranızda ən unudulmaz oyun hansıdır?

- İki unudulmaz oyunum var. Biri ilk mövsümümdə avrokubokların təsnifat mərhələsinə vəsiqə uğrunda mübarizəmizdə “Qarabağ”a vurduğum qolla minimal hesabla qalib gəldiyimiz görüş idi. Həyat yoldaşım, övladlarım, İsraildən olan ən yaxın dostlarım öz ailələri ilə birlikdə tribunada idilər. Həmin mövsümün son oyununda "Qəbələ" ilə qarşılaşma da unudulmazlardandır. Stadionumuz tam dolu idi. Qələbə bizi UEFA Konfrans Liqasına aparırdı. Təzyiqə tab gətirdik və qalib gələrək vəsiqəni əldə etdik. Bu sevinci yaşamaq möhtəşəm idi.

- Sizcə, "Sumqayıt"ın hansı oyununda azarkeşlərin nəticəyə təsiri daha çox olub?

- “Neftçi”yə qarşı yeni stadionda ilk oyunumuzu deyərdim. Tribunalar dolu idi, əsl bayram ab-havası hökm sürürdü. Azarkeşlər oyun boyu bizi alqışlayırdılar. Bu, futbolçuların motivasiyasını göylərə qaldırmışdı. Artıq ilk hissədə 2:0 hesabı ilə önə keçmişdik.

- Azərbaycan Premyer Liqasında hansı komanda ilə səfər oyunu sizi daha çox həyəcanlandırır?

- Hiss edirəm ki, “Neftçi” ilə oyunlar kluba digər görüşlərdən fərqli motivasiya verir. Bu il daha da xüsusi olacaq, çünki iki önəmli futbolçumuz oraya keçib. Həmçinin yanvarda bizdən ayrılaraq “Neftçi”yə keçmiş baş məşqçi Samir Abasov amili də klublar arasında rəqabəti artırır.

- Növbəti mövsüm komandanı neçənci pillədə görürsünüz?

⁠- Müəyyən pilləni hədəfləmək çox çətindir. Heyətimiz böyük dəyişikliklərdən keçir və bünövrəsi dəyişən yaxşı komanda yetişdirmək asan deyil. Hamımız bilirik ki, gələn yaxşı oyunçular da həmişə öz bacarıqlarını reallaşdıra bilmirlər.

- Bəs öz qarşınıza müəyyən sayda qol və məhsuldar ötürmə hədəfi qoymusunuz?

- Şəxsən mənim konkret hədəfim yoxdur.

- Azərbaycan həyatınız barədə danışın. Dili öyrənməyə başlamısınız?

-Hələ başlamamışam, əsasən saymağı və bir neçə əsas sözü bilirəm. Meydanda və meydandan kənarda ingilis dilindən istifadə edirəm. İngilis dilini bilməyən biri ilə danışmaq istəyən zaman oyunçulardan kömək almağa çalışıram. Düşünürəm ki, ingilis dilini bilmək futbolçular və ümumilikdə həyat üçün vacibdir.

- İsraildəki qohumlarınız sizi ziyarət etmək üçün bura gəlir?

- Bəli, çox gəlirlər. İsraildə olan mənim və həyat yoldaşımın valideynləri artıq 6-7 dəfə burada olublar. Keçən il ABŞ-dən qardaşım gəlib, dostlarımız da bir neçə dəfə gəlib. İki-üç aydan bir qonağım olur.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 İyul 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see229

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see122

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see121

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see118

Duma Ukrayna ilə danışıqları mümkün dondurulmasını müzakirə edib...

06 Dekabr 2025 05:28see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri