Icma.az
close
up
RU
“Sumqayıt”ın hücumçusu: “Baş məşqçi şans versə, penalti zərbələrini yenə də vuracam” MÜSAHİBƏ

“Sumqayıt”ın hücumçusu: “Baş məşqçi şans versə, penalti zərbələrini yenə də vuracam” MÜSAHİBƏ

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əgər baş məşqçi mənə şans verərsə, penalti zərbələrini yenə də vuracam! Doğrudur, penaltini vura bilmədim, amma futbolda belə şeylər olur”.

Bunu “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- “Sumqayıt” “Qəbələ” ilə matçda qələbə qazandı. Görüş haqda nə fikirləşirsiz? Hər şey istədiyiniz kimi alındı?

- Bəli, belə demək olar. Çünki milli fasilədən öncə Sumqayıta 3 xalla qayıtdıq. Bu da bizim üçün yaxşıdır. Qazanılan nəticə bizi sevindirir.

- “Sumqayıt”da işlər heç də yaxşı getmirdi. “Araz-Naxçıvan” üzərində qələbə sizə böyük motivasiya verib? Hər halda, sonrakı turda da “Qəbələ”ni məğlub etdiniz...

- “Sumqayıt”da işlər pis deyildi. Doğrudur, bəlkə matçlarda yaxşı nəticə olmurdu. Amma bizim yaxşı oyunumuz var. Oyunlar oldu ki, biz məğlubiyyətə layiq deyildik. Buna görə də çox çalışmağa davam edirik. İndi isə ardıcıl iki qələbə qazanmışıq.

- Bu durumda çempionata fasilə verilməsi, sizin üçün pis oldu? Sanki komanda yeni-yeni özünə gəlirdi....

- ⁠Xeyr, mən belə düşünmürəm. Çünki hamının istirahət etməyə ehtiyacı var. Ona görə də pis deyil. Bu milli fasilədən daha yaxşı qayıtmaq və növbəti oyuna hazır olmaq üçün daha çox çalışacağıq.

- “Qəbələ” ilə görüşdə də penaltini dəqiq yerinə yetirə bilmədiz. Penaltilərlə bağlı problem nədir? Yoxsa, növbəti dəfə yenə vuracaqsız?

- Əgər baş məşqçi mənə şans verərsə, penalti zərbələrini yenə də vuracam! Doğrudur, penaltini vura bilmədim, amma futbolda belə şeylər olur. Qol vurmalıyam, amma qaçırıram! Hər halda, o epizodda Rüstəm Əhmədzadə qol vurdu. Eyni zamanda həm onun, həm də komandanın uğurundan məmnunam. Bu, ən vacib şeydir.

- “Sumqayıt”ın bu mövsüm avrokuboklara vəsiqə qazanması realdır? Sizcə, bunu bacaracaqsınız?

- ⁠Bunu mövsümün sonunda görəcəyik. Biz maksimum nəticə göstərməyə, maksimum xal qazanmağa çalışacağıq. Sonda isə necə olacağını görəcəyik. Yaxşı komandamız var.

- Saşa İliç özü də çox yaxşı klublarda, güclü millidə futbol oynayıb. Maraqlıdır, şəxsi olaraq, sizə hücumçu kimi keyfiyyəti artırmaq baxımından hansısa göstərişlər verir?

- Bəli. Əlbəttə ki, o, bütün futbolçular üçün fərdi təlimatlar da verir. Yəni, hansı məqamda nə qədər yaxşılaşdıra bilərik mənasında. Yaxşı mövsüm keçirmək istəyiriksə, bu normal və yaxşıdır.

- “Səbail”də də oynamısız və orada da çox yaxşı performans göstərmişdiz. Sizə “Səbail”də daha rahat idi, yoxsa “Sumqayıt”da?

- Bəli, “⁠Səbail”lə bağlı da yaxşı xatirələrim var. Amma indi “Sumqayıt”dayam və burada olduğum üçün xoşbəxtəm. Maksimum gücümü sərf edəcəyəm.

- Misli Premyer Liqasında yaxşı performans göstərirsiz. Mozambik millisinə dəvət edilmək şansınız var?

- ⁠Xeyr, düşünmürəm. Neçə dəfə şəxsi problemim üzündən gedə bilməmişəm. İndi isə onların yaxşı liqada çıxış edən yaxşı gənc hücumçusu var. Onlara da uğurlar arzulayıram.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Noyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri