Icma.az
close
up
RU
Sumqayıtın yeni tələbələri ilə görüş

Sumqayıtın yeni tələbələri ilə görüş

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Gənclik şəhərində builki qəbul imtahanlarında 650-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib.

Sumqayıt Dövlət Dram Teatrında təşkil edilən görüşdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bildirib ki, ötən tədris ilində Sumqayıt şəhəri üzrə 4 min 467 nəfər ümumtəhsil məktəbinin 11-ci sinfini bitirərək məzun olub. Onlardan 3 min 916 nəfəri ali məktəblərə sənəd verib və 2 min 786 nəfəri imtahandan uğurla keçərək, ölkənin müxtəlif universitetlərinə qəbul edilib. Şəhər üzrə 69 məzun 650-dən, 23 məzun 670-dən, 11 məzun isə 680-dən yuxarı bal toplayıb. Ümumilikdə 194 məzun 600-dən yuxarı nəticə göstərib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkəmizdə dövlətin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, bu sahənin Prezident İlham Əliyevin daimi diqqət mərkəzində olduğunu vurğulayıb. Şəhər rəhbəri əlavə edib ki, Sumqayıtda təhsil infrastrukturu ilbəil ən müasir tələblərə uyğunlaşdırılır, yeni məktəb binaları tikilir, mövcud məktəblər əsaslı təmir olunur, sinif otaqları və laboratoriyalar ən müasir avadanlıqlarla təchiz edilir. O, şəhər ictimaiyyətini yeni tədris ili münasibətilə təbrik edərək, biliklərə səylə yiyələnən şagirdlərin gələcəkdə cəmiyyətə böyük faydalar verəcəyinə əminliyini bildirib. İcra başçısı görüşə dəvət edilən, 650-dən yuxarı bal toplayaraq tələbə adını qazanan gənclərin uğurlarının həm öz ailələri, həm də bütün Sumqayıt üçün böyük fərəh olduğunu bildirib və onlara təbriklərini çatdırıb.

Digər çıxış edənlər də ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə uğurlar diləyiblər. Bildirilib ki, Sumqayıt təmsilçiləri uzun illərdən bəri ali məktəblərə qəbulda, beynəlxalq olimpiadalarda fərqlənirlər. Builki qəbul imtahanları da məhsuldar olub. III ixtisas qrupu üzrə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Aytac Baxşəliyeva uğur əldə edib. O, hər iki mərhələnin cəminə görə, 691,8 bal toplamaqla ən yüksək nəticə göstərən 7 abituriyentdən biridir. 11 və 35 nömrəli məkəblərin hər birinin 4 sinfinin, 27 nömrəli məktəbin isə 1 sinfinin bütün şagirdləri imtahanda 100 faiz nəticə göstəriblər. Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunları olan əkiz bacılar - Ayan və Nigar Məmmədlilər də bu il qəbul imtahanlarında yüksək nəticə göstəriblər – hər ikisi 660-dan yuxarı bal toplayaraq Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinə qəbul olunub.

Görüşün sonunda 650 baldan yüksək nəticə göstərən tələbələrə qiymətli hədiyyələr təqdim edilib.

Xatırladaq ki, daha öncə Sumqayıt şəhər rəhbərliyi tələbə adını qazanmış şəhid övladları ilə də görüşüb. Zakir Fərəcov Vətən Müharibəsi qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun oğlu Rahim Cəbrayılovu, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş şəhid Ramil Ağayevin övladı Zəhra Ağazadəni və III dərəcəli “Rəşadət” ordenli şəhid Elvin Zakirovun qızı Yağmur Zakirovanı təbrik edib, onlara elm-bilik yollarında nailiyyətlər arzulayıb.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri