Icma.az
close
up
RU
Süni intellekt artıq həyatımızın ayrılmaz hissəsidir

Süni intellekt artıq həyatımızın ayrılmaz hissəsidir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi


Yaxın gələcəkdə süni intellektin tətbiq sahələri daha da genişlənəcək


Azərbaycan 2025–2028-ci illəri əhatə edən süni intellekt Strategiyası ilə rəqəmsal inkişaf istiqamətində mühüm addım atır. Baş nazir Əli Əsədovun imzaladığı yeni sərəncamla bu Strategiyanın icrasının effektiv şəkildə həyata keçirilməsi üçün konkret mexanizmlər işə salınır. Əsas yeniliklərdən biri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılacaq monitorinq və hesabatlılıq moduludur. Bu modul dövlət qurumlarının strategiya çərçivəsində gördüyü işlərin izlənməsi və qiymətləndirilməsi üçün mühüm alət rolunu oynayacaq.

Modul vasitəsilə tədbirlərin icrasına dair məlumatlar elektron şəkildə toplanacaq, sistemləşdiriləcək və Nazirlər Kabinetinə illik hesabat şəklində təqdim olunacaq. Bu yanaşma şəffaflığın və hesabatlılığın təmin edilməsinə, dövlət resurslarının məqsədyönlü istifadəsinə və zamanında qərarların qəbuluna töhfə verəcək. Eyni zamanda, dövlət orqanlarına ayda bir dəfə görülən işlərlə bağlı hesabat təqdim etmək və ilin sonunda yekun nəticələri təqdim etmək öhdəliyi qoyulub. Bu, süni intellektlə bağlı təşəbbüslərin vaxtaşırı izlənməsini və dəyişən tələblərə uyğun adaptasiyasını mümkün edəcək. Burada diqqət çəkən başqa bir vacib məqam isə rəqəmsal resursların əsas baza kimi seçilməsi və modula maliyyə, texniki əsaslandırmalar, satınalma müqavilələri kimi detallı məlumatların da inteqrasiyasıdır. Bu, təkcə texnoloji tərəqqiyə deyil, həm də dövlət idarəçiliyində innovasiyaların tətbiqinə geniş yol açır.


Nəticə etibarilə, yeni sərəncam Azərbaycanın süni intellekt sahəsindəki strategiyasının təkcə kağız üzərində qalmayacağını, praktiki və ölçülə bilən nəticələrə yönəldiyini göstərir. Ölkənin rəqəmsal gələcəyi üçün bu, mühüm və sistemli bir başlanğıcdır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqovun sözlərinə görə, Strategiya özündə bir sıra məqamları əhatə edir, 15 müxtəlif layihənin icrasını nəzərdə tutur: “Azərbaycanda indiyə qədər 30 milyondan çox məlumatın dürüstləşdirilməsi təmin edilib. Hazırda müxtəlif dövlət qurumları ilə birgə məlumat bazalarında mövcud olan kirliliyin və məlumat uyğunsuzluqlarının aradan qaldırılması məqsədilə layihələr icra olunur. Bu addımlar növbəti mərhələlərdə innovasiya və süni intellekt texnologiyalarının tətbiqi üçün möhkəm zəmin yaradır".

İKT eksperti Elçin Qasımovun sözlərinə görə, Azərbaycanın süni intellekt sahəsində qəbul etdiyi 2025–2028-ci illəri əhatə edən Strategiya, ölkənin texnologiya əsasında inkişaf niyyətinin ciddi göstəricisidir. Onun fikrincə, bu sənəd yalnız texnoloji tərəqqini deyil, həm də dövlət idarəetməsində çevikliyi və hesabatlılığı artırmağı hədəfləyir: 

“Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Strategiyanın icrasını izləmək üçün rəqəmsal monitorinq və hesabatlılıq modulu yaradılacaq. Bu həm dövlət orqanlarının fəaliyyətini izləməyə, həm də qərarların nəticələrini qiymətləndirməyə imkan verəcək. Belə bir yanaşma beynəlxalq təcrübəyə uyğun olaraq süni intellektin tətbiqində risklərin minimuma endirilməsi və nəticə əsaslı idarəetmənin təmin edilməsi baxımından çox vacibdir. Mən bunu idarəetmədə yeni mərhələ kimi qiymətləndirirəm. Bu modulla həm şəffaflıq artır, həm də texnologiyanın dövlət strukturuna real inteqrasiyası baş verir. Bundan sonra əsas məsələ – icraçı qurumların bu prosesi nə qədər ciddi şəkildə izləyəcəyidir. Strategiyanın uğuru yalnız sənədin qəbul olunmasında deyil, onun praktik tətbiqindədir".


Millət vəkili Azər Badamov “Sherg.az”a bildirib ki, yaxın gələcəkdə süni intellektin tətbiq sahələri daha da genişlənəcək: “Artıq ölkəmizdə də bu istiqamətdə ciddi addımlar atılıb. Süni intellektlə bağlı dövlət proqramı qəbul olunub, “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” təsdiqlənib. Deputat qeyd edib ki, süni intellektin əsas üstünlüyü insanın saatlarla görəcəyi işi çox qısa müddətdə, dəfələrlə daha sürətli şəkildə yerinə yetirə bilməsidir. Bu baxımdan süni intellektin tətbiqi insan əməyinin azaldılması, qərarların daha düzgün və operativ verilməsi üçün olduqca effektiv vasitədir. Azərbaycanda da bu texnologiyadan müxtəlif sahələrdə istifadə edilməsi böyük imkanlar vəd edir: 

“Süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilir. Çünki bir neçə il əvvəl süni intellekt haqqında çoxunun məlumatı yox idisə, bu gün insanların əksəriyyəti süni intellektdən danışır. Süni intellekt artıq bir çox sahələrdə tətbiq olunmağa başlayıb. O cümlədən iqtisadiyyatda süni intellektin rolu günü-gündən artmaqdadır”.

Deputat bildirib ki, inkişaf etmiş bir çox ölkələrdə süni intellektlə bağlı tədrisin orta məktəbin proqramlarına salınması üzərində düşünürlər: 

“Təbii iki, hansı ölkə bu istiqamətdə daha tez hərəkətə keçirsə, o ölkə də daha qazanclı çıxır. Azərbaycan da müasir texnologiyalara və süni intellektin inkişafına çox diqqət yetirən ölkədir. Biz kosmik fəzaya malik olan ölkələrin sırasına daxil olmuşuq. Bu baxımdan ölkədə aparılan islahatlar süni intellektin istehsalatda tətbiqinin genişləndirilməsini sürətləndirəcək. Bu istiqamətdə dövlət proqramının da qəbul olunmasını vacib hesab edirəm. Gənclər öz peşələrini elm tutumlu sahələrə, süni intellekt üzərində qurmalıdırlar. Sahibkarlar da gələcəkdə fəaliyyətində süni intellektə üstünlük verəcək. Çünki süni intellekt prosesləri daha dəqiq və daha rentabelli edir. Bu baxımdan bəşəriyyətin gələcəyi süni intellektin üzərində qurulacaq desək, yanılmarıq”.


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın təsdiqlənməsini ölkənin rəqəmsal gələcəyi üçün mühüm bir addım kimi qiymətləndirib. AİF prezidenti “Sherg.az”a bildirib ki, Süni İntellekt Strategiyası süni intellektin effektiv idarə olunması və müvafiq hesablama infrastrukturunun qurulmasını hədəfləyir: 

“Strategiyada məlumatların effektiv idarə olunması və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər nəzərdə tutulur. Süni intellekt sahəsində ixtisaslı kadrların hazırlanması və bu sahədə təhsil imkanlarının genişləndirilməsi planlaşdırılır. Süni intellekt texnologiyalarının inkişafı üçün əlverişli biznes mühiti və müvafiq dövlət standartlarının formalaşdırılması məqsəd qoyulur.

Süni intellekt sahəsində cəmiyyətin məlumatlılığının artırılması və Təbii Dil Emalı ilə bağlı işlərin görülməsi də strategiyada əksini tapıb”.


O.Gündüzün fikrincə, bu strategiya Azərbaycanın rəqəmsal gələcəyini qurmaq üçün əsas addımlardan biridir. Sənəd, ölkədə süni intellekt ekosisteminin formalaşmasına və bununla əlaqəli əlverişli mühitin inkişafına, kadr potensialının formalaşmasına təkan verəcək. Qeyd olunanların reallaşdırılması təkcə texnoloji inkişafı deyil, həm də iqtisadi, sosial və beynəlxalq sahələrdə ölkəmizin mövqeyini gücləndirəcək. Onun sözlərinə görə, Strategiyanın uğurla həyata keçirilməsi üçün effektiv icra, resursların düzgün bölüşdürülməsi və davamlı monitorinqin vacibliyini vurğulayır. O.Gündüz strategiyanın hazırlanmasında beynəlxalq təcrübənin, xüsusilə Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Bu sənədin qəbulunun ölkəmiz üçün əhəmiyyətli bir hadisə olduğunu və Azərbaycanın rəqabət qabiliyyətinin güclənməsində mühüm rol oynayacağını bildirib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see157

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see122

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri