Icma.az
close
up
RU
Geri sayım başladı: minlərlə azərbaycanlının taleyini müəyyən edəcək siyahı

Geri sayım başladı: minlərlə azərbaycanlının taleyini müəyyən edəcək siyahı

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda 2026-cı ildə yeni ixtisar dalğasının başlayacağı barədə iddialar yayılıb. Bildirilir ki, bu barədə artıq nazirliklərə və komitələrə siyahılar göndərilib. Məlumata görə, pandemiya dövründə məşğulluğu təmin etmək üçün yaradılan minlərlə müvəqqəti iş yeri artıq bağlanıb. “AzPolitika”nın apardığı araşdırmaya görə, xüsusilə kommunal sektor və bir sıra dövlət qurumlarında çalışan təxminən 25 min nəfərin əksəriyyəti ixtisara düşüb. Qeyd olunur ki, 2025-ci ilin büdcəsində maliyyə kəsintiləri bu prosesi daha da sürətləndirib.

İddialar real olarsa, hökumət yaranmaqda olan yeni işsizlər “ordu”su ilə bağlı hansı addımları atacaq?

Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, ölkədə işsizlik probleminin olduğunu dövlət qurumları da etiraf edirlər:

“Yeni iş yerlərinin yaradılması hökumət üçün əsas prioritet istiqamətlərdən biri olmalıdır. Əgər müəyyən ixtisarlar nəzərdə tutulursa, onların mümkün sosial-iqtisadi fəsadlarının qarşısı əvvəlcədən alınmalıdır. Bunun üçün hökumət məqsədyönlü proqramlar hazırlamalı və icra etməlidir. Yeni işsizlər “ordu”sunun formalaşması, təbii ki, arzuolunan mənzərə deyil. Buna görə də ilk növbədə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti stimullaşdırılmalıdır. Sahibkarlara və iş adamlarına vergi və inzibati güzəştlər təqdim edilməklə, yeni iş yerlərinin açılması üçün şərait yaradılmalıdır”.

Arzuxan Əlizadə

Deputat qeyd edib ki, məşğulluğun təmin edilməsi yalnız dövlətin üzərinə düşən məsuliyyət olmamalıdır:

“Bu prosesə özəl sektor da fəal şəkildə cəlb edilməli, sahibkarlıq subyektlərinə əlavə imkanlar və imtiyazlar verilməlidir. Məsələn, yeni iş yerləri açan sahibkarlara müəyyən müddətə vergi güzəştləri tətbiq oluna və bu istiqamətdə əlavə dəstək mexanizmləri yaradıla bilər. Belə addımlar atıldığı təqdirdə, işsizlik probleminin qarşısını qismən almaq mümkündür. Bu fonda hökumətin üzərinə böyük məsuliyyət düşür. Xüsusilə gənclərin məşğulluğu təmin olunmalıdır. Çünki işsizlik bir çox sosial problemlərin yaranmasına səbəb ola bilər, o cümlədən zərərli vərdişlərin yayılması və qanunazidd davranışların artması riskini yüksəldir. Bu səbəbdən gənclərin işlə təminatı məsələsinə xüsusi diqqət ayrılmalı, dövlətlə yanaşı, sahibkarlar və kommersiya qurumları da bu prosesdə aktiv iştirak etməlidirlər. Hökumət isə sahibkarlıq subyektlərinə daha geniş imkanlar yaradaraq, onların yeni iş yerlərinin açılmasında maraqlı olmasını stimullaşdırmalıdır”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, dövlət büdcəsində qənaət rejiminin tətbiq edilməsi bir neçə dəfə gündəmə gətirilib:

Natiq Cəfərli

“Bu barədə müxtəlif dövlət orqanları da məlumatlar verib. Buna görə də yaxın dövrdə dövlət sektorunda, o cümlədən büdcə təşkilatlarında müəyyən ixtisarların aparılması ehtimal olunur. Özəl sektorda isə vergi yükünün artması fonunda bəzi müəssisələrin işçi sayını azaltmaq qərarı verməsi mümkündür. 2026-cı il iqtisadi baxımdan kifayət qədər çətin dövr ola bilər”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Noyabr 2025 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri