Süni intellekt böyük həcmdə məlumat istəyir deyə... Nəcibə Mustafayeva
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Beynəlxalq hüquq süni intellektin inkişafına və məlumatların qorunmasına bir-biri ilə rəqabət aparan dəyərlər kimi yanaşmamalıdır”.
Redaktor.az xəbər verir ki, bu sözləri bunu “EYBA-nın 2026-cı il Payız Konfransı”nda Bahçeşehir Universitetinin Hüquq fakültəsinin dosenti, beynəlxalq insan hüquqları hüququ üzrə ekspert Nəcibə Mustafayeva dedi.
“Əsas məsələ innovasiya ilə insan hüquqları arasında tarazlıq yaratmaqdır. Məxfilik hüququ və fərdi məlumatların qorunması beynəlxalq insan hüquqları hüququnda tanınır. Buna görə də süni intellekt sistemlərinin böyük həcmdə məlumatlara ehtiyac duyması şəxsi məlumatların məhdudiyyətsiz toplanmasına və emalına öz-özlüyündə əsas verə bilməz”.
O vurğuladı ki, beynəlxalq hüquq süni intellekt sahəsində qanuni tədqiqatların səhiyyə, iqlim problemləri ilə mübarizə və elmi inkişaf da daxil olmaqla, mühüm ictimai maraqlara xidmət edə biləcəyini nəzərə almalıdır:
“Beləliklə, həll yolu böyük məlumat bazalarının istifadəsini qadağan etmək deyil, onların toplanması və istifadəsi üçün insan hüquqlarına əsaslanan qaydalar müəyyənləşdirməkdir”.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 09 Oktyabr 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















