Süni intellekt bu peşələri əvəz edəcək
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Son illərdə insanların həyatına sürətlə daxil olan süni intellekt artıq bir çox sahədə fəal şəkildə istifadə edilir.
Davamlı olaraq təkmilləşdirilən süni intellekt modelləri müxtəlif peşə qrupları üçün ciddi təhlükə yaradır.
Lent.az xəbər verir ki, mütəxəssislər 2030-cu ilə qədər dünyada 92 milyon iş yerinin ləğv oluna biləcəyini açıqlayıb və ən çox risk altında olan peşələri sadalayıb.
Mütəxəssislərin sözlərinə görə, ən yüksək risk qrupuna aşağıdakı peşələr daxildir:
• Katiblik və inzibati işlər
• Məlumatların daxil edilməsi üzrə işlər
• Mühasibat uçotu və sənədləşmə
• Sığorta əməliyyatları
• Çağrı mərkəzi operatorluğu
• Məzmun hazırlanması və digər təkrarlanan ofis işləri
Araşdırmaçılar qeyd edib ki, bu sahələrdə qadınların məşğulluq səviyyəsi yüksək olduğundan süni intellektin yaratdığı risklər onlara daha ciddi təsir göstərə bilər.
Digər tərəfdən, insanlarla birbaşa ünsiyyət və qayğı tələb edən peşələrə tələbat artır.
Bunlara tibb bacısı, müəllim, sosial işçi və yaşlılara qulluq edən mütəxəssislər daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Oktyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















