Icma.az
close
up
RU
Süni İntellekt erasında qlobal enerji yarışı və Bakının strateji üstünlüyü Şərh

Süni İntellekt erasında qlobal enerji yarışı və Bakının strateji üstünlüyü Şərh

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Dünya çoxdan görünməmiş bir reallıqla üz-üzədir. Belə ki, texnoloji inqilabın ən böyük maneəsi artıq proqram təminatı və ya kadr çatışmazlığı deyil, enerjidir. Bu, süni intellekt sahəsində qlobal rəqabəti fundamental şəkildə dəyişdirir.
NVIDIA-nın CEO-su Censen Huansın sözləri bu yeni dövrün mahiyyətini dəqiqliklə ifadə edir: “Süni intellektin inkişafında əsas maneə artıq proqram deyil, enerjidir”.

Bu bəyanat bir tendensiyanı yox, qlobal texnoloji səhnədə yeni mərhələnin başlandığını təsdiq edir. Süni İntellekt modellərinin güclənməsi, server mərkəzlərinin genişlənməsi və data infrastrukturunun böyüməsi enerji istehlakını kəskin şəkildə artırır. Buna görə ABŞ-dan tutmuş Asiyaya qədər bütün böyük texnologiya nəhəngləri günəş enerjisindən miniatür nüvə reaktorlarınadək alternativ enerji mənbələri yaratmağa çalışır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat bildirib ki, bu proses təkcə texnologiyanın gələcəyini deyil, dövlətlərin geosiyasi çəkisini də yenidən formalaşdırır:
“Süni intellekt modellərinin hesablama gücü hər il eksponential olaraq artır. Bu isə paralel olaraq enerji tələbatını da yüksəldir.
Böyük data mərkəzləri şəhərlərin enerji istehlakını üstələməyə başlayıb. Ənənəvi enerji mənbələri isə Süni İntellektin böyümə tempini qarşılaya bilmir. Bu səbəbdən də texnologiya nəhəngləri enerji şirkətlərinin səhmlərini almağa və birbaşa enerji istehsalına girməyə başlayıblar. Belə bir şəraitdə enerji resursları zəngin olan ölkələr sürətlə strateji üstünlüyə çevrilirlər”.

Deputat hesab edir ki, bu baxımdan Azərbaycan üçün yaranan tarixi imkanlar xüsusi əhəmiyyət daşıyır: “Prezident İlham Əliyev post-müharibə dövründə Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun olaraq, qlobal geotexnoloji trendləri vaxtında qiymətləndirdi və ölkənin inkişaf strategiyasını buna uyğun yenilədi.

Bu gün Azərbaycan yalnız ənənəvi neft-qaz ixracatçısı deyil, həm də, "yaşıl enerji" mərkəzi, transregional enerji habı, gələcək data mərkəzləri üçün unikal enerji təchizatçısı olmaq yolundadır.

İkinci Qarabağ müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurun “yaşıl zona” elan edilməsi, Orta Dəhlizin “yaşıl dəhliz”ə çevrilməsi strategiyası, əslində,  süni İntellekt dövrünün enerji tələblərinə qabaqlayıcı cavab idi.

Prezident İlham Əliyevin Slovakiyaya səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycanın gələcək qlobal rolunun aydın konturlarını ortaya qoyur:

“Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavatdır, növbəti beş ildə bu, 8 giqavata çatdırılacaq. ... Süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji əsas amildir.”

Bu bəyanat bir neçə mühüm nəticəni ortaya qoyur: Azərbaycan süni İntellekt infrastrukturunun enerji bazasına çevrilə bilər.

Avropa ölkələrinin çoxunda yüksək enerji qiymətləri və resurs məhdudiyyəti AI mərkəzlərinin genişlənməsinə mane olur. Azərbaycan isə həm enerji bolluğu, həm də əlverişli iqlim şəraiti ilə böyük üstünlüyə malikdir.

Azərbaycanın data mərkəzləri üçün ideal iqlim zonaları var, bu isə soyuq bölgələrin server mərkəzləri üçün enerji qənaəti deməkdir.

Avropanın yaşıl enerji tələbatının təminində Azərbaycan əsas aktor olacaq; Xəzər və Qarabağda geniş külək və günəş potensialı ölkəmizin “yaşıl enerji ixracatçısı” rolunu möhkəmləndirəcək”.

Onun sözlərinə görə, qlobal analitiklər açıq şəkildə bildirirlər ki, süni intellekt böyüdükcə enerji şirkətlərinin kapital dəyəri kəskin artacaq, texnologiya şirkətləri enerji sektoruna inteqrasiya edəcək, alternativ enerji layihələri ən gəlirli investisiya sahəsinə çevriləcək.

“Bu baxımdan Azərbaycanın Xəzər dənizində külək gücü, Qarabağ və Zəngəzurda günəş potensialı, elektrik enerjisi ixracı imkanları, yeni geoiqtisadi və geosiyasi üstünlüklər yaradır”, - o vurğulayıb.

Azərbaycanın bu sahədə strateji üstünlüklərinə gəldikdə deputat qeyd edib ki, böyük təbii enerji resurslarına, həm ənənəvi, həm də alternativ enerji mənbələrinə malikdir.

“Strateji üstünlüklər isə bunlardır: Regional nəqliyyat və enerji dəhlizlərinə nəzarət, Avropaya birbaşa çıxış verən yeni yaşıl enerji xəttləri, data mərkəzləri üçün əlverişli iqlim və infrastruktur, Prezident İlham Əliyevin proaktiv texnoloji vizyonu.

Azərbaycan qlobal enerji, Süni İntellekt yarışında yalnız iştirakçı deyil, yeni oyun qaydalarını formalaşdıran dövlət statusunu qazana bilər.

Bəşəriyyətin üzləşdiyi yeni texnoloji mərhələ enerjini strateji silaha çevrildiyi bir zamanda  Azərbaycan, həm enerji, həm də texnologiya sahəsində liderliyə yüksəlmək üçün ideal mövqedədir.
Prezident İlham Əliyevin qlobal çağırışları qabaqlayan siyasəti sayəsində ölkə Azərbaycan süni intellekt dövrünün enerji bazasına çevrilə, Avropanın yaşıl enerji təminatında aparıcı rol oynaya, regional geoiqtisadi mərkəz statusunu daha da gücləndirə bilər.

Azərbaycanın qarşısında duran imkanlar tarixidir və bu imkanlar dövlətin çevik strateji siyasəti nəticəsində reallığa çevrilməkdədir”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Dekabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri