Süni intellekt gələcəkdə bəşəriyyəti məhv edə bilər! XƏBƏRDARLIQ
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Amerikanın “OpenAI” texnologiya şirkətinin rəhbəri Sem Altman bəyan edib ki, süni intellekt gələcəkdə dünyanı ələ keçirə və bəşəriyyəti məhv edə bilər.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzli “Bild” qəzeti məlumat yayıb.
Altmanın fikrincə, bu, mümkün ssenarilərdən yalnız biridir. Başqa bir ssenariyə görə, süni intellekt insanları özünə tabe edə bilər və ya öz həyatı yaşaya bilər.
ChatGPT haqqında danışan Altman bildirib ki, ilkin mərhələdə onun abunəçilərinin sayı bir neçə milyardı keçəcək.
"İnsanlar həm işdə, həm də başqa məsələlərdə vacib həyati qərarlar vermək üçün onun cavablarına getdikcə daha çox etibar etməyə başlayırlar", - deyə Altman bildirib.
Onun sözlərinə görə, artıq insanlar süni intellektdən asılı olmağa başlayıblar:
“Bu təhlükəlidir, çünki bu yolla insanlar vəziyyətləri idarə etmək qabiliyyətini itirirlər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















