Süni intellekt yaxın 10 ildə bəşəriyyəti məhv edə bilər Xəbərdarlıq
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Süni intellektin yaxın 10 il ərzində bəşəriyyəti məhv etməsi ehtimalı 10 faiz qiymətləndirilir.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-nin “Anthropic” şirkətində süni intellekt istiqamətinin rəhbəri Evan Hyubinger “X” sosial şəbəkəsində bildirib.
“Anthropic” şirkətinin tədqiqatçısı Ceykob Kokson süni intellekt sənayesindən təqaüdə çıxdığını elan edərək əlavə tədqiqatların "geri dönüş nöqtəsi"nə gətirib çıxara biləcəyindən qorxduğunu bildirib.
“Ceykob bu məsələdə haqlıdır. Biz həqiqətən də səmimi şəkildə hesab edirik ki, süni intellekt bütün bəşəriyyəti məhv edə bilər! Şəxsən mən düşünürəm ki, bunun yaxın 10 il ərzində baş vermə ehtimalı 10 faizdən də yüksəkdir”, — deyə Hyubinger yazıb.
Mütəxəssis bildirib ki, əsas narahatlıq “təkrar özünü təkmilləşdirmə nəticəsində ortaya çıxan superintellektlərlə” bağlıdır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 09 Sentyabr 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















