Icma.az
close
up
RU
Süni intellekt hamını işsiz qoyacaq

Süni intellekt hamını işsiz qoyacaq

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Süni intellekt artıq gələcəyin texnologiyası deyil.

O, bu gün banklarda kreditə dair qərarları verir, xəstəxanalarda diaqnozlara kömək edir, mətn yazır və mətndən şəkillər yaradır, eləcə də müştəri xidmətlərini idarə edir.

Son illərdə texnologiyanın inkişaf sürəti göstərir ki, yaxın beş ildə əmək bazarında ən böyük dəyişikliklərdən biri məhz süni intellektlə bağlı olacaq.

Mütəxəssislər hesab edir ki, bəzi peşələr tam yox olmasa da, onların icra forması köklü şəkildə dəyişəcək.

“Cebheinfo.az”-ın araşdırmasına görə, ən böyük risk rutin (insanın həyat ritmini tənzimləyən sabit davranış modelidir), ənənəvi və təkrarlanan işlərdə görünür.

Məlumatların daxil edilməsi, sənədlərin yoxlanılması, standart hesabatların hazırlanması kimi vəzifələri yerinə yetirən inzibati işçilər artıq süni intellekt sistemləri ilə rəqabət aparır.

Bir neçə saniyə ərzində minlərlə sənədi analiz edə bilən proqramlar insan əməyinə olan tələbatı azalda bilər.

Müştəri xidmətləri sahəsi də ciddi dəyişikliklərlə üzləşir. Əvvəllər şirkətlər minlərlə operator işlədir, müştərilərin suallarını telefon və ya mesaj vasitəsilə cavablandırırdı.

İndi isə süni intellekt əsaslı çatbotlar ("Chatbot" insan istifadəçiləri ilə söhbəti simulyasiya etmək üçün nəzərdə tutulmuş kompüter proqramıdır) daha sürətli və fasiləsiz xidmət göstərə bilir. Bir çox beynəlxalq şirkət artıq müştəri müraciətlərinin böyük hissəsini avtomatlaşdırılmış sistemlər vasitəsilə həll edir.

Tərcüməçilik və mətn redaktəsi sahəsində də dəyişikliklər qaçılmaz görünür. Süni intellekt müxtəlif dillərdə yüksək keyfiyyətli tərcümələr təqdim edir, mətnləri redaktə edir və hətta fərqli üslublarda yenidən yaza bilir. Bununla belə, mürəkkəb hüquqi, ədəbi və ya diplomatik mətnlərdə insan faktoruna ehtiyac hələ də qalacaq.

Qrafik dizayn, reklam və media sahələri də transformasiya dövrünə daxil olub. Bir neçə il əvvəl saatlarla vaxt tələb edən vizual materiallar indi bir neçə dəqiqəyə hazırlanır. Bu isə dizaynerlərin yox olması deyil, onların iş modelinin dəyişməsi deməkdir. Gələcəkdə dizaynerlər daha çox ideya müəllifi və yaradıcı nəzarətçi rolunda çıxış edə bilərlər.

Araşdırmalar göstərir ki, süni intellekt bütün peşələri eyni dərəcədə təhdid etmir. Fiziki bacarıq, emosional zəka və insanlarla birbaşa ünsiyyət tələb edən işlər daha davamlı hesab olunur. 

Həkimlər, psixoloqlar, müəllimlər, sosial işçilər və müxtəlif texniki ustalar yaxın illərdə əmək bazarında mühüm mövqelərini qoruyacaqlar. Süni intellekt onların yerini tutmaqdan çox, işini asanlaşdıran köməkçi vasitəyə çevrilə bilər. Bununla yanaşı, yeni peşələr də yaranır. Süni intellekt sistemlərinin hazırlanması, təlimi və nəzarəti ilə məşğul olan mütəxəssislərə tələbat artır.

AI mühəndisləri, məlumat analitikləri, maşın öyrənməsi üzrə ekspertlər və rəqəmsal təhlükəsizlik mütəxəssisləri əmək bazarının ən çox axtarılan peşələri sırasına daxil olur. 

Hətta son illərdə “prompt mühəndisi” adlanan yeni peşə meydana çıxıb. Bu şəxslər süni intellektdən daha dəqiq və effektiv nəticələr almaq üçün xüsusi sorğular hazırlayırlar.

Mütəxəssislərin fikrincə, yaxın beş ildə əsas məsələ peşələrin yox olması deyil, insanların yeni bacarıqlara uyğunlaşması olacaq. Tarix göstərir ki, hər texnoloji inqilab bəzi iş yerlərini aradan qaldırsa da, eyni zamanda yeni imkanlar yaradıb. 

Süni intellekt dövründə də qalib gələnlər texnologiyanı rəqib kimi deyil, iş aləti kimi istifadə etməyi bacaranlar olacaq.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2026 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri