Icma.az
close
up
RU
“Süni intellekt insan və transformaisya üçün” mövzusunda konfransda DOST könüllüləri xüsusi missiya daşıyacaqlar

“Süni intellekt insan və transformaisya üçün” mövzusunda konfransda DOST könüllüləri xüsusi missiya daşıyacaqlar

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 19 sentyabr, AZƏRTAC

Müasir dövrdə sosial xidmətlərin inkişafı və rəqəmsal texnologiyaların bu sahəyə inteqrasiyası dövlət-vətəndaş münasibətlərinin yeni mərhələsini formalaşdırır. Azərbaycan bu istiqamətdə öncül təşəbbüsləri ilə seçilir və bu il ölkəmizdə keçiriləcək ilk SOCGOV 2025 beynəlxalq konfransı qlobal miqyasda mühüm hadisə kimi qiymətləndirilir.

SOCGOV təşəbbüsü – sosial sahədə innovativ idarəetməyə yönəlmiş qlobal platformadır. Onun missiyası sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə vətəndaşlara göstərilən xidmətlərin daha əlçatan, çevik və şəffaf olmasına nail olmaqdır. Azərbaycan üçün həmin təşəbbüsün xüsusi əhəmiyyəti ondadır ki, ölkəmiz sosial xidmətlərin rəqəmsallaşdırılması sahəsində artıq qabaqcıl təcrübələr formalaşdırıb və onu beynəlxalq müstəviyə çıxarır.

“Süni intellekt insan və transformaisya üçün” mövzusunda keçiriləcək SOCGOV 2025 konfransının təşkilat komissiyasının rəhbəri, DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Tural Mailov AZƏRTAC-a deyib ki, tədbir müxtəlif ölkələrdən gələn dövlət qurumları, beynəlxalq təşkilatlar, ali təhsil müəssisələri və özəl sektor nümayəndələrini bir araya gətirəcək.

“Panel sessiyalarda rəqəmsal dövlətin qurulması, əmək bazarının gələcəyi, sosial xidmətlərdə inklüzivlik və süni intellektin tətbiqi kimi mövzular müzakirə ediləcək. Məqsəd sosial sahədə innovativ yanaşmaların paylaşılması, yeni əməkdaşlıq platformalarının yaradılması və Azərbaycanın qlobal sosial idarəetmədə liderlik rolunun möhkəmləndirilməsidir. Konfransın Gülüstan sarayında keçirilməsi isə Azərbaycanın müasirliyi ilə yanaşı, dövlətçilik ənənələrinə də hörmətinin bariz göstəricisidir”, - deyə o bildirib.

DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova bildirib ki, bu tədbirdə DOST könüllüləri xüsusi missiya daşıyırlar: “Xarici qonaqların qarşılanması, qeydiyyat prosesində dəstək göstərilməsi, konfrans boyu logistika və kommunikasiya işlərinə yardım könüllülərimizin üzərinə düşən əsas vəzifələrdəndir. Bu, yalnız texniki dəstək deyil, həm də Azərbaycanın qonaqpərvərliyini və gənclərinin yüksək sosial məsuliyyətini nümayiş etdirməkdir. DOST könüllüləri artıq uzun illərdir ki, DOST mərkəzlərində vətəndaşlara xidmət göstərilməsində fəal iştirak edirlər. Onlar müraciətlərin cavablandırılması, vətəndaşlara yönləndirmə, elektron xidmətlərin izahı və sosial layihələrin icrasında dəstək göstərməklə həm peşəkar bacarıqlar qazanır, həm də sosial həmrəyliyin möhkəmlənməsinə töhfə verirlər. Həmin təcrübə onlara SOCGOV kimi beynəlxalq tədbirlərdə də uğurla fəaliyyət göstərmək imkanı verir”.

S.Həsənova bildirib ki, SOCGOV-un fəlsəfəsi insanyönümlü innovasiya və dayanıqlı sosial xidmətlərdir: “Burada könüllülərin iştirakı xüsusi əhəmiyyət daşıyır. Çünki vətəndaş cəmiyyətinin fəal üzvləri olan könüllülər həm sosial layihələrin həyata keçirilməsində katalizator rolunu oynayır, həm də dövlət-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşmasına dəstək verirlər. Məhz buna görə də, DOST Agentliyi bu qlobal təşəbbüsün təşkilatçılarından biri kimi yalnız peşəkar idarəetmə modelini deyil, həm də gənclərin sosial innovasiyalarda iştirakını dünya miqyasında nümayiş etdirir”.

SOCGOV 2025 sosial xidmətlərin gələcəyinə açılan yeni bir pəncərədir. Burada əldə olunacaq nəticələr Azərbaycanın sosial müdafiə sahəsindəki mövqeyini gücləndirməklə yanaşı, qlobal miqyasda da yeni əməkdaşlıqlar üçün zəmin yaradacaq. DOST könüllülərinin həmin prosesdə iştirakı isə ölkəmizin gənclərinin innovasiyaya, sosial məsuliyyətə və dövlətçilik dəyərlərinə sadiqliyinin bariz nümunəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri