Icma.az
close
up
RU
Süni intellekt insanları möcüzəli gələcəyə aparır

Süni intellekt insanları möcüzəli gələcəyə aparır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Süni intellekt texnologiyalarının sürətli inkişafı cəmiyyətin bütün sahələrində mühüm dəyişikliklərə səbəb olub. Təhsil, səhiyyə, sənaye, nəqliyyat, maliyyə və gündəlik həyat süni intellektin tətbiqi sayəsində daha səmərəli və innovativ xarakter alıb. Bu texnologiyalar insanların işini asanlaşdırır, məlumatların daha sürətli emalına imkan yaradır və mürəkkəb problemlərin həllində mühüm rol oynayır. Buna görə də süni intellekt müasir dövrün ən mühüm elmi-texnoloji nailiyyətlərindən biri hesab edilir.

XXI əsr sürətli yenilikləri, sarsıdıcı dalğaları və amansız rəqabəti ilə bəşər tarixinin ən nəhəng çevriliş dövrü kimi tarixə düşməkdədir. Lakin paralel olaraq bəşəriyyət ciddi ekoloji kataklizmlər və dərin psixoloji problemlərlə də üz-üzə qalıb. Süni intellektlə bağlı təhlükələr qarşıdakı onillik üçün ən böyük 10 qlobal risk sırasında ilk yerlərdə qərarlaşıb. Dünyada süni intellekt texnologiyalarının sürətli inkişafının iqlim sahəsində – hava proqnozlarının dəqiqləşdirilməsi, biomüxtəlifliyin qorunması və təbii fəlakətlərin azaldılması istiqamətlərdə mühüm faydaları var.

Ekspertlər hesab edirlər ki, süni intellektin potensial imkanları böyük olsa da, onun ətraf mühitə və cəmiyyətə mənfi təsirləri ilə üzləşməmək üçün bu sahədə tənzimləyici mexanizmləri və şəffaflığı gücləndirmək zəruridir. Ehtimal etmək olar ki, gələcəyin peşə xəritəsi əsas etibarilə gen mühəndisliyi və biotexnologiya, robototexnika və süni intellekt, klinik və rəqəmsal psixologiya, ekologiya və “yaşıl energetika”, kosmik sənaye və mühəndislik kimi inkişaf nöqtələrini əhatə edəcək. Bu qlobal çağırışların fonunda, yerli tələbələrimizin rəqəmsal dizayn, aşpazlıq, İT sahələri və texniki peşələr üzrə dünya gəncləri ilə eyni cərgədə yarışmasına imkan verən “WorldSkills” platforması yerli peşə standartlarımızın dünya miqyasında akkreditasiyasının ən bariz nümunəsidir.

Proqramçılar, süni intellekt mühəndisləri, kibertəhlükəsizlik mütəxəssisləri və data analitikləri əmək bazarında ən çox tələb olunan peşələrdəndir. Bu istiqamət təkcə yerli bazarda deyil, həm də beynəlxalq səviyyədə yüksək maaş və karyera imkanları təqdim edir. Bu reallıqda insanların əksəriyyəti ixtisaslarını dəyişməli, təkmilləşməlidir. Onlar hətta müasir texnologiyaların imkanları çərçivəsində “korrektələr” etmək reallığı ilə üzləşəcəklər. İnsanlar tək öz aralarında deyil, həmçinin robotlar və kompüterlərlə də rəqabətdə yaşayacaqlar. İş o yerə gəlib çatacaq ki, insan yeni gerçəkliyə uyğunlaşmaq üçün həm zəkasını, məsuliyyət hissini, həm də ətrafda baş verənlərə reaksiyasını itiləşdirmək məcburiyyətində qalacaq.

Süni intellektin və robotların insan əməyini əvəz etdiyi dövrdə gənclər robotlarla yalnız mexaniki bilik müstəvisində yarışa bilməzlər. Kompüterlərin sahib ola bilmədiyi yeganə sahə var ki, bu da insanın milli-mənəvi məsuliyyət hissi, yaradıcı təfəkkürü, emosional zəkası və ətraf mühitə qarşı duyarlılığıdır. Müasir peşə təhsili gənclərə, sadəcə, dəzgahı idarə etməyi və ya kod yazmağı öyrətməməli, eyni zamanda, gələcəyin mütəxəssisində yüksək vicdan, peşə etikası və milli dövlətçilik təfəkkürü formalaşdırmalıdır.

Bu səbəbdən gənclər yalnız texniki biliklərlə kifayətlənməməli, tənqidi düşünmə, problem həlletmə, yaradıcı yanaşma, ünsiyyət bacarıqları və komanda ilə işləmək keyfiyyətlərini də inkişaf etdirməlidirlər. Milli kimliyini, ana dilini, mədəniyyətini və mənəvi dəyərlərini qoruyan gənc istənilən texnoloji dəyişikliklərə daha uğurla uyğunlaşa bilər. Eyni zamanda, ətraf mühitə qarşı məsuliyyətli münasibət də gələcəyin ən vacib məsələlərdəndir. Texnologiya inkişaf etdikcə təbiətin qorunması, resurslardan səmərəli istifadə və dayanıqlı inkişaf prinsiplərinə əməl etmək daha da aktuallaşır.

Bu məsələlərdə insanın vicdanı və məsuliyyət hissi heç bir süni intellekt tərəfindən əvəz edilə bilməz. Süni intellekt insanın rəqibi deyil, onun imkanlarını genişləndirən vasitədir. Gənclər texnologiyanı öyrənməklə yanaşı, mənəvi dəyərlərini, yaradıcı düşüncələrini və emosional zəkalarını da inkişaf etdirməlidirlər. Məhz bu keyfiyyətlər gələcəyin cəmiyyətində onların ən böyük üstünlüyü və uğurunun əsas təminatı olacaq.

Müasir dövrdə texnologiyanın sürətli inkişafı insanların həyat tərzini, iş üsullarını və təhsil prosesini əhəmiyyətli dərəcədə dəyişdirib. Bu inkişafın ən mühüm nailiyyətlərindən biri süni intellektdir. Bəziləri süni intellektin insanı əvəz edəcəyini düşünsə də, əslində o, onun imkanlarını genişləndirən, gündəlik fəaliyyətini daha səmərəli edir. Süni intellekt insanların vaxtını alan təkrarlanan işləri avtomatlaşdıraraq onların daha yaradıcı və strateji məsələlərə diqqət ayırmasına şərait yaradır. Məsələn, həkimlər xəstəliklərin diaqnostikasında, müəllimlər dərslərin hazırlanmasında, mühəndislər mürəkkəb layihələrin planlaşdırılmasında, fermerlər isə məhsuldarlığın artırılmasında süni intellektdən istifadə edirlər. Bu texnologiya qərarvermə prosesini sürətləndirir, məlumatların təhlilini asanlaşdırır və səhv ehtimalını azaldır.

Təhsil sahəsində də süni intellekt böyük imkanlar açır. Şagirdlər fərdi öyrənmə proqramlarından istifadə edərək öz bilik səviyyələrinə uyğun tapşırıqlar yerinə yetirə, çətin mövzuları daha rahat mənimsəyə bilirlər. Müəllimlər isə qiymətləndirmə və planlaşdırma işlərini daha səmərəli təşkil edərək şagirdlərlə canlı ünsiyyətə və onların inkişafına daha çox vaxt ayırırlar. Bununla yanaşı, süni intellektdən düzgün və məsuliyyətli istifadə vacibdir. İnsan düşüncəsi, yaradıcılığı, mənəvi dəyərləri və etik qərarvermə qabiliyyəti heç bir texnologiya ilə tam əvəz oluna bilməz.

Süni intellekt yalnız insanın verdiyi məlumat və göstərişlər əsasında fəaliyyət göstərir. Buna görə də son qərar və məsuliyyət həmişə insanın üzərində qalır. Bu baxımdan süni intellekt insanın rəqibi deyil, onun etibarlı köməkçisidir. Bu texnologiyadan düzgün istifadə etməklə həm elm və təhsildə, həm də iqtisadiyyat, səhiyyə və digər sahələrdə daha böyük uğurlar əldə etmək mümkündür. Gələcəyin inkişafı insan zəkası ilə süni intellektin əməkdaşlığından asılıdır. Bu əməkdaşlıq cəmiyyətin rifahını artıracaq və yeni imkanların yaranmasına şərait yaradacaq.

Mustafa KAMAL
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri