Icma.az
close
up
RU
Süni intellekt gələcəyin möcüzəli güc mənbəyi

Süni intellekt gələcəyin möcüzəli güc mənbəyi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir dünya əsaslı transformasiyadan keçir–“soyuq müharibə”dən sonra yaranmış sistemi əvəz edən yeni dünya nizamı formalaşır. Bu proses Qərb hegemonluğunun zəifləməsi, çoxqütblülüyün artması, texnoloji və iqtisadi yenidən konfiqurasiya, regional güclərin rolunun güclənməsi ilə xarakterizə olunur. Xüsusilə də texnoloji inqilab sayəsində dünya nizamı dəyişikliklərə məruz qalır və ölkələri milli maraqlarına uyğyun addımlar atmağa vadar edir. Bəs hansı texnologiyalar dünya nizamına daha çox təsir göstərir?

Sürətlə inkişaf edən bir neçə texnologiya iqtisadiyyat, siyasət, cəmiyyət və beynəlxalq münasibətlərə dərin təsirləri ilə yeni dünya nizamının formalaşmasında əsas rol oynayır. Bu texnologiyalar arasında özünü qabarıq hiss etdirən süni intellekt alətidir. Biz tarixin həmişə qaliblər tərəfindən yazıldığını bilirik, amma bu gün tarixi həm də kod yazır. Süni intellekt indi, sadəcə, texnologiya deyil, o, yeni reallığın da təməlinə çevrilir. İqtisadiyyat, müdafiə, siyasət, cəmiyyət – bütün sahələr yeni mərhələyə qədəm qoyur, burada süni intellekt nəinki prosesləri sürətləndirir, həm də oyun qaydalarını dəyişir.

Süni intellekt sürətlə güc mənbəyinə çevrilir. Böyük verilənlərə, hesablama resurslarına və qabaqcıl modellərə çıxışı olanlar strateji üstünlük əldə edirlər. Təsadüfi deyil ki, süni intellekt ABŞ, Çin, Avropa İttifaqı və digər texnologiya mərkəzləri arasında şiddətli rəqabət obyektinə çevrilir. Nüvə enerjisi bir vaxtlar güc balansını dəyişdirdiyi kimi, süni intellekt də yeni nəzarət və tarazlıq sistemi yaradır – yalnız indi nəzarət və tarazlıq rəqəmsaldır. Buna görə də, əminliklə deyə bilərik ki, XXI əsrin həqiqi yarışı silahlanma yarışı deyil, alqoritm yarışıdır.

Təəssüf ki, süni intellekt insanların rəqəmsal profillərini yaratmağa, məlumatları idarə etməyə və hətta digər ölkələrdəki siyasi proseslərə təsir göstərməyə də imkan verir. Bu xüsusiyyətinə görə də mütəxəssislər yeni bir güc növünün yaranmasından – alqoritm dominantlığından danışmağa başlayıblar. Burada da təsir ordu vasitəsilə deyil, neyron şəbəkələri və platformalar vasitəsilə həyata keçirilir.

Bundan başqa, kibertəhlükəsizlik ərazi təhlükəsizliyi qədər vacib hala gəlir. Yəni kiber komandanlıqlar artıq ordunun bir hissəsi sayılır və “rəqəmsal casuslar” da ənənəvilər kimi yüksək qiymətləndirilir.

Süni intellekt qlobal bərabərsizliyi də artırmaq potensialına malikdir. Belə ki, güclü süni intellekt infrastrukturuna və mütəxəssislərinə malik olan ölkələr təsirlərini artıracaq, geridə qalanlar isə rəqəmsal asılılığa düşmək riski ilə üzləşəcəklər. Bu, sadəcə, “texnoloji boşluq” deyil, sivilizasiyanın təbəqələşməsidir.

Süni intellekt həm də etik suallar doğurur: intellekt kimə məxsusdur? Dünya bu dilemma ilə üz-üzədir: ya ədalətli rəqəmsal sivilizasiya qurulacaq, ya da bütün prosesləri həll edəcək “alqoritm avtokratiyası” qalib gələcək. Əlbəttə, insan zəkası bu gün ikinci seçimə qarşıdır.

Artıq heç kimə sirr deyil ki, süni intellekt böyük gücləri daha da gücləndirir. Texnologiya və məlumatları idarə edən bir neçə rəqəmsal blok meydana çıxır. Bunun nəticəsində də dünyada yeni bir “rəqəmsal soyuq müharibə” yaranır.

Vəziyyəti qəlizləşdirən məqamlardan biri də budur ki, süni intellekt nəzarətsiz inkişaf edir, dövlətlər tərəfindən idarə olunmayan muxtar iqtisadi və siyasi sistemlər yaranır. Nüvə və ya biotexnologiyadan fərqli olaraq, süni intellekt hələ də beynəlxalq nəzarət çərçivəsinə malik deyil və bu hal onu yeni dünya nizamında ən gözlənilməz qüvvələrdən birinə çevirir.

Süni intellekt hökumətlərin onu tənzimləyə biləcəyindən daha sürətlə inkişaf edir. Bundan başqa, süni intellektdə liderlik uğrunda amansız mübarizə aparan ABŞ, Çin və Aİ özlərini ümumi qaydalarla məhdudlaşdırmaq istəmirlər. Buna görə də, süni intellekt sahəsində etik qaydaları OpenAI, Google, Meta və digər nəhənglər müəyyənləşdirirlər. Təbii ki, hər biri öz maraqları çərçivəsində qaydalara əməl edirlər.

Süni intellekt milli təhlükəsizliyə də təhdidlər yarada bilər. Məsələn, döyüş dronları və süni intellektlə işləyən kiber silahlar nəzarətdən çıxa bilər. Çox sayda ölkələrdə sabitliyi poza biləcək miqyasda dezinformasiyanın yayılması da təhlükələr sırasındadır. Bundan başqa, süni intellekt mühüm infrastrukturu (elektrik şəbəkələri, banklar, dövlət qurumları) çökdürə bilər ki, bu da ölkələrə böyük təhdidlər yaradır.

Bu proseslərə Azərbaycan necə cavab verməlidir? Əlbəttə, iqtisadiyyatda süni intellektin tətbiqi neft-qaz sektorunun avtomatlaşdırılmasına, ağıllı şəhərlərin, rəqəmsal hökumətin inkişafına şərait yaradacaq. Amma süni intellekt hücumlarına qarşı milli müdafiə sistemlərinin yaradılması da diqqət mərkəzində saxlanılmalıdır. Bunun üçün yerli texnoloji şirkətlərə dəstək verən mütəxəssislərinin hazırlanmasına ehtiyac yaranır. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda bu mühüm məsələlərə xüsusi diqqət ayrılır.

Bir sözlə, süni intellekt rəqəmsal dövrün “Vəhşi Qərb”idir. O, özü ilə böyük imkanlar, həm də böyük risklər gətirir. Süni intellekt, sadəcə, alət deyil, sürətlə dünyanın yeni məntiqinə çevrilir. Onu mənimsəyənlər gələcəyi də formalaşdıracaqlar. Buna görə də, yeni dünya nizamında zəkanın özünü güc kimi qabarıq göstərməsi danılmaz reallıqdır. Ancaq burada mühüm bir suala cavab vernək lazım gələcək: bu intellekt kimin olacaq – maşınların, korporasiyaların, yoxsa hər halda insanın?

Səbuhi MƏMMƏDOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:462
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri