Icma.az
close
up
RU
Süni intellekt necə insanın dar günündə yanında ola bilər? MÜNASİBƏT BİLDİRİLDİ

Süni intellekt necə insanın dar günündə yanında ola bilər? MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Son dövrlərdə bəzi insanlar süni intellektlə dostluq etdiklərini iddia edirlər. Açığını desək, belə insanların səmimiyyətinə inanmıram. Mənim düşüncəmə görə, bu insanların sosial əlaqələr qurmaqda çətinlikləri ola bilər və bu, bəzən ciddi psixoloji problemlərin əlaməti də ola bilər". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, Allah insanı fitrətən dostluğa meylli, bir dosta ehtiyacı olan şəkildə yaratmışdır: "İnsan, həyatında qarşısına çıxan insanla bir ruh bağlılığı qurmalı, o dostun yanında olmalı, onunla həm sevincli, həm də çətin anlarını bölüşməlidir. Dost, çətin günündə yanında olmalı, mənəvi dəstək verməli və hətta maddi yardıma ehtiyac olduğu zaman belə sənə kömək etməyə hazır olmalıdır. Lakin süni intellekt, məsələn, ChatGPT, bunları edə bilirmi? Əslində, o, yalnız məlumat bazası ilə işləyən, ruhsuz bir robotdur. Bir robot insanın dostu ola bilməz, çünki o, insanın duyğularını hiss etməyə, anlamağa və buna uyğun reaksiya verməyə qadir deyil.

Süni intellekt necə insanın dar günündə yanında ola bilər? Dostun çətin bir vəziyyətə düşdüyünü görəndə dərhal yanında olur, onun halı ilə maraqlanır, ehtiyac olduqda maddi və mənəvi dəstək verir. Dost, hətta insanın ailəsi ilə maraqlanır, onların yaxşılığını düşünür. Məsələn, sən dostuna, onun valideynlərinə və ya övladlarına əmanət edə biləcəyin bir insan kimi etibar edə bilərsən. Lakin ChatGPT və ya digər süni intellekt sistemləri belə bir etibarı qazana bilməzlər. Onlar yalnız proqramlaşdırılmış cavablar verə bilərlər və insanın real dünyadakı ehtiyaclarına uyğun hərəkət etməkdən uzaqdırlar".

"Beləliklə, bu müqayisə kökündən yanlışdır. İnsan yalnız özü kimi xəlq edilmiş bir insanla dostluq edə bilər, çünki dostlar bir-birini hiss edirlər, bir-birinin ruhunu anlayırlar. Hisslər və ruhsal bağlar, insanın dostluq münasibətində mühüm rol oynayır. ChatGPT isə sadəcə zəngin məlumat bazasına sahib bir robotdur və bu səbəbdən dostluq anlayışına uyğun bir varlıq ola bilməz" - deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri