Icma.az
close
up
RU
Psixologiyamızı necə müsbətə yönəldək? MÜNASİBƏT BİLDİRİLDİ

Psixologiyamızı necə müsbətə yönəldək? MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

«Mən həmişə həyəcanlanıram, hər zaman stres keçirirəm», «Mən özümə qapanmışam, insanlarla ünsiyyətdən soyumuşam», «Mən işlərimdə başarılı deyiləm, heç bir işim alınmır» kimi problemlər sizdə də var? Heç darıxmayın! Hər şeyə çarə var! Bütün bu kimi halların yəni daimi stres, həyəcan, gərginlik, utancaqlıq, özünəqapanıqlıq, narahatlıq, uğursuzluq - hamısı ən əvvəl bizim ümumi psixoloji durumumuzla bağlı olan nəticələrdir. Yəni ümumi durum qaydasında olmayanda, necə deyərlər psixoloji immunitetimiz zəif olanda, qaçılmaz olaraq «virusa» tez yoluxuruq, emosional dayanıqsız oluruq, problemlərə və çətin situasiyalara tab gətirə bilmirik. Odur ki, hər şeydən öncə ümumi psixoloji durumumuzu düzəltmək lazımdır. Amma necə deyərlər, zəhmətsiz də bar yeməzlər”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun fikrincə, bunun üçün gərək bir az zəhmət çəkək, bir qədər cəhd edək, səy göstərək. Xüsusən aşağıdakı qaydalara riayət etsək, o halda çox keçmədən, yəni elə bir neçə həftə sonra, doğrudan da psixoloji gücümüzdə və əhvalımızda ciddi müsbət dəyişikliklərin şahidi olacağıq.
Bunun üçün diqqət edilməsi gərəkən vacib məsələlər bunlardır:
1)İlk növbədə səhər yuxudan tez durmaq;
2)Səhər idman və ya gimnastika etmək(10-15 dəqiqə yetərlidir);
3)Səhər və günorta yeməyini, yaxşı şəkildə yemək, amma təbii qidalara (məsələn yağ, şor, pendir, bal, meyvə, tərəvəz və s.) üstünlük vermək. Xəmirli, şəkərli, yağlı qidalardan isə mümkün qədər az istifadə etmək;
4)Səhər durduqdan sonrakı vaxt, insanın ən gümrah və vücudun ən fəal olduğu zamandır. Beləliklə ən çətin və ən önəmli işlərinizi məhz bu vaxtda görün;
5)Günortadan sonra isə ən azı 30-40 dəqiqə yatmaq, sizə, günə yeni başlamış kimi bir enerji və gümrahlıq qazandıracaqdır(Amma günorta 1-2 saatdan artıq yatmayın);
7)Gəzmək, yürüyüş etmək çox faydalıdır. Fərq etməz, sürətli yoxsa ləng. Ümumiyyətlə gün ərzində insan ən az 7000-8000 addım atacaq qədər yol getməlidir(Bu isə, hardasa, 30-35 dəqiqə, orta sürətlə yol getmək deməkdir) Belə olarsa, bir çox potensial xəstəliklərdən və nasazlıqlardan qurtulmaq olar.

Günün sonrakı vaxtında isə başqa işlərlə məşğul olmaq olar. Çalışın kompyuterin başında, məhdudiyyətsiz şəkildə olmayın. Heç olmasa, hər 1 saatdan bir, 5 dəqiqə kompyuterdən aralanın və məsələn gəzişin. Ümumilikdə gün ərzində 5-6 saatdan artıq kompyuterlə məşğul olmayın.Bu qayda həm də telefona da aiddir;
9)Axşam yeməyini, qətiyyən ağır yeməyin. Qatıq, meyvə və s. kimi yüngül qidalara üstünlük verin;
10)Ümumiyyətlə çalışın ki gün ərzində həm zehni fəaliyyətlə, həm də fiziki fəaliyyətlə, balanslı şəkildə məşğul olasız;
11)Mümkün olduğu qədər eyni işləri, eyni vaxtlarda edin; məsələn bu gün saat 6:00-da durdunuzsa, sabah da, birisi gün də 6:00-da durun. Və ya saat 00-da yatdınızsa elə növbəti günlərdə də belə edin. Həmçinin yemək, çalışmaq da eyni şəkildə.
“Ümumilikdə bu rejimə sadiq qalsaz, siz vəziyyətin çox keçmədən dəyişdiyini və həm zehni olaraq, həm də ruhi olaraq gücləndiyinizi, psixoloji durumunuzun sürətlə yaxşılaşdığını görəcəksiz. Durumunuzun yaxşılaşma faizi, bu rejimə əməl etmə faizinizə müvafiq olacaqdır”, - deyə Y.Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Noyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri