Süni intellekt Putinin real boyunu hesabladı: Əslində...
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Rusiya prezidenti Vladimir Putinin boyu ilə bağlı uzun illərdir davam edən müzakirələr yenidən gündəmə gəlib.
Turkustan.az “The Telegraph”a istinadla xəbər verir ki, bu dəfə məsələ süni intellekt vasitəsilə analiz olunub.
Məlumata əsasən, Putinin Aleksandr Lukaşenko ilə birlikdə çəkilmiş arxiv fotosu üzərində aparılan təhlildə müxtəlif faktorlar nəzərə alınıb. Lukaşenkonun boyu müxtəlif mənbələrdə 182-183 sm kimi göstərilsə də, onun real boyunun təxminən 182,5 sm olduğu ehtimal edilir.
Süni intellektin (Gemini) ilkin hesablamasına görə, fotoda Putinin boyu vizual olaraq 170-172 sm aralığında görünür. Lakin analiz zamanı perspektiv, kamera bucağı və Putinin kameraya daha yaxın dayanması kimi amillərin nəticəni dəyişə biləcəyi qeyd olunub.
Bundan əlavə, diqqət çəkən məqamlardan biri də ayaqqabı faktoru olub. Fotoda klassik, dabanlı ayaqqabılar və topuq hissəsində əlavə hündürlük verə biləcək konstruksiya elementlərinin olduğu iddia edilir. Mütəxəssislərin hesablamasına görə, adi kişi ayaqqabısı 2-3 sm hündürlük əlavə edirsə, xüsusi platformalı ayaqqabılar 5-7 sm-ə qədər artım yarada bilər. Bu isə real fərqin daha böyük görünməsinə səbəb ola bilər.
Bu amillər nəzərə alındıqdan sonra süni intellekt Putinin “real boyunun” təxminən 165-168 sm ola biləcəyini ehtimal edib./Publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 22 İyun 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















