Icma.az
close
up
RU
Süni intellekt təhsil prosesində: Universitetlərdə yeni ixtisaslar yarana bilər

Süni intellekt təhsil prosesində: Universitetlərdə yeni ixtisaslar yarana bilər

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyada informasiya texnologiyaları sürətlə inkişaf edir və süni intellekt (Sİ) peşəkar mühitdə getdikcə daha çox tələb olunur. Ölkəmizdə də süni intellektin tətbiq edildiyi sahələrin genişlənməsi yeni ixtisasların yaranmasına, əmək bazarının dəyişməsinə səbəb olur. Bu dəyişiklik ali məktəblərin qarşısına yeni ixtisasların yaradılması və onların tədrisi öhdəliyini qoyur. Bu baxımdan, universitetlər artıq sadəcə təhsil verilən klassik yer statusundan çıxır, öyrənmə üçün prinsipcə yeni mühit, əmək bazarının tələblərinə cavab verən müasir məkanlar yaratmağa başlayırlar.

Süni intellektlə bağlı əmək bazarının tələblərinə uyğun ixtisasların yaradılması təbii ki, bu istiqamətdə konkret addımlar və proqram dəyişiklikləri tələb edir. Belə ki, dünya ölkələrində çoxdan başlanan bu prosesə qoşulmağımız süni intellektlə bağlı ixtisasların tətbiq ediləcəyi sahələr, gətirəcəyi yeniliklər, bu istiqamətdə müəllim kadrlarının hazırlanması, dərs vəsaitləri, orta məktəblərdən başlayaraq fənlərin tədrisi və s. kimi mühüm məqamlara diqqət çəkməyi tələb edir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Universitetlərdə süni intellektlə bağlı ixtisaslar yaranacaq"

"Çox güman ki, gələcəkdə müəyyən universitetlərdə süni intellektlə bağlı ixtisaslar yaranacaq", - deyə Kembric Universitetinin professoru Qərib Mürşüdov istisna etmir: "Texnologiyanın sürətli inkişafı cəmiyyətdəki fəaliyyətlərə təsir göstərir. Təhsil də bu təsirdən kənarda deyil. Məsələn, süni intellekt və cəmiyyət, süni intellekt və enerji problemləri kimi mövzular ön plana çıxacaq. Lakin məncə, bu ixtisasların dəyəri elə də böyük olmayacaq. Klassik ixtisaslar və fənlər uzun müddət daha qiymətli olaraq qalacaq. Süni intellektin müxtəlif sahələrə böyük təsiri olacağı şübhəsizdir. Təhsil sahəsində də bu təsirin əhəmiyyətli olacağına inanıram. Süni intellekt üsullarının öyrənilməsi və tətbiqi, ehtimal ki, hər hansı bir ixtisasın öyrənilməsində mühüm rol oynayacaq. Məncə, gələcəkdə hər bir fakültədə süni intellektin tətbiqi ilə bağlı dərslər və ya modullar olacaq. Nəzərə almaq lazımdır ki, süni intellekt və ümumilikdə maşın öyrənmə üsulları yeni üsullar və ya ixtisaslar deyil. Onlar kompüter elmləri ixtisasının tərkib hissəsidir və 50-60 ildir ki, tədris olunur. Üsullar inkişaf etdikcə, tədris metodları da dəyişir. Gələcəkdə də bu proses davam edəcək". Alimin fikrincə, Azərbaycanda bu sahədə mütəxəssislər var, lakin bu sahə çox sürətlə inkişaf etdiyi və daim yeni üsullar meydana çıxdığı üçün, 2-3 il əvvəlki üsullar artıq köhnəlmiş sayılır: "Əgər Azərbaycan universitetlərində bu istiqamətdə təhsil veriləcəksə, cavan və yeni üsulları öyrənib tədris edə bilən mütəxəssisləri cəlb etmək vacibdir. Onları universitetdə saxlamaq üçün yaxşı şərait yaradılmalı və əmək haqları kifayət qədər yüksək olmalıdır".

"Elə bir elm sahəsi yoxdur ki, süni intellektdən istifadə edilməsin"

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı bildirir ki, hazırda süni intellekt texnologiyanın əsasında durur və elə bir elm sahəsi yoxdur ki, ondan istifadə olunmasın: "Bu baxımdan, bu fənni ilk növbədə orta məktəb dərsliklərinə daxil etmək lazımdır. Ali məktəblərdə isə bu və ya digər formada keçirilir. Xəzər Universitetində bu, məcburi fəndir, tədqiqatlarda, elmi araşdırmalarda fikir verdiyimiz sahədir, eyni zamanda humanitar sahələrdə də keçirilir. Süni intellekt kompüter elmləri üzərində qurulan bir elmdir. Onun aparıcı texnikası bir az riyaziyyat, bir az statistika, bir az fizikadır. Bu fənnin tədrisi, bu istiqamətdə ixtisasların yaranması zəruridir. Nə biologiya, nə fizika, nə kimya, nə idman oyunları onsuz mümkündür. Bu il fizika və kimya üzrə Nobel mükafatını alanlar süni intellekt mütəxəssisləri oldular. Bu da göstərir ki, sahə qeyri-adi dərəcədə vacibdir". Professor bildirir ki, bizim ölkəmizdə sovet dövründə riyaziyyat, fizika, kimya üzrə elmi məktəb olsa da, kompüter üzrə olmayıb. Buna görə də biz süni intellekt kimi sahələrdə çox gecikmişik: "Ali məktəblər bu sahəyə çox fikir verməlidirlər. Çalışmalıdırlar ki, orta məktəblərdə də süni intellekt dərsləri keçirilsin. Bu sahədə müəllimləri hazırlamaq lazımdır. Biz öz universitetimizdə bu sahənin tədrisi üçün müəllimlərin 70 faizini xarici ölkələrdən dəvət etməyə məcburuq. Onlar gəlir, onlayn dərs keçir, proqram hazırlayır, konfranslar təşkil edirlər".

Süni intellektin, yeni ixtisasların yaranması və tədrisi ilə bağlı dərs vəsaitlərinə gəlincə, H.İsaxanlı bildirir ki, bu istiqamətdə dərsliklər də yoxdur: "O vəsaitləri tərcümə etmək lazımdır. Sürətli dəyişiklik olduğundan beş il əvvəlki kitablar işə yaramır. Buna görə də müəllimlər o kitabları tərcümə edib nəşr etdirirlər. Biz bu sahədə də geri qalmışıq. Çalışıb sürətli hərəkət etməliyik".

"Dərsliklərdə dəyişikliklərə ehtiyac var"

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova da hesab edir ki, süni intellektin inkişafı və tədrisdə tətbiqi yeni ixtisasların yaranmasına səbəb olacaq. Onun fikrincə, Sİ ilə bağlı ixtisasların yaranmasına ümumtəhsil müəssisələrindən başlamaq lazımdır: "Bəzi müəllimlər daim öz üzərlərində işləyir, süni intellektin imkanlarından istifadə edir və onu dərslərdə tətbiq edirlər. Amma bu, hamıya şamil oluna bilməz". AGMA sədri bildirir ki, bəzi dərsliklərdə bununla bağlı məlumatlar yer alıb: "Hansısa materialların QR vasitəsilə verilməsi, süni intellektə tam keçid demək olmasa da, bu istiqamətdə addım atıldığını göstərir. Şagird həmin QR-lardan istifadə edib məlumatlılığını genişləndirə bilər. Bu, dərsliklərdə əlavə olunan bir nümunədir. Amma süni intellektin bu qədər inkişaf edildiyi bir zamanda dərsliklərdə də yeni dəyişikliklərin edilməsinə ehtiyac zamanla hiss olunacaq. Bununla paralel müəllimləri də eyni istiqamətdə hazırlaşdırmaq lazımdır. Dərsliklər irəli getdiyi təqdirdə müəllimlər onları tədris edəndə çətinliklər yarana bilər. Bu səbəbdən bunu paralel şəkildə aparmaq daha düzgün olar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Aprel 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri