Icma.az
close
up
RU
Universitetlərdə yeni ixtisaslar yaradılır Üstünlükləri…

Universitetlərdə yeni ixtisaslar yaradılır Üstünlükləri…

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası keçirilib. İclasda əmək bazarının tələblərinin yeniləndiyi və kadr hazırlığının da bu çağırışlara uyğunlaşmasının vacibliyi diqqətə çatdırılıb. Bakalavriatda 7, magistraturada 20, rezidenturada isə 8 yeni ixtisasın yaradılması müzakirə mövzusudur.

Bunun hansı üstünlükləri var? Əvəzində hansısa ixtisaslar ixtisara salınmalıdırmı?

Globalinfo.az-a danışan ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli deyib ki, yeni təhsil proqramlarına yeni ixtisaslarla yanaşı, mövcud ixtisasların əmək bazarının tələblərinə uyğun hazırlanması da nəzərdə tutulur:

“Beş ildən bir təhsil proqramları yenilir. Dünya praktikasında da proses 3-5 il arasında dəyişir. Fikrimcə, hər bir universitetə belə ümumi təhsil proqramları hazırlamaqdansa, universitetlərə özlərinin, əməkdaşlıq etdikləri şirkətlər, məzun tələbələrin nailiyyətləri əsasında, dünyanın davamlı dəyişən trendlərini öyrənməklə təhsil proqramlarını özlərinin hazırlamaları üçün azadlıq verilməlidir.

Yeni ixtisaslar dövrün tələblərinə uyğun olaraq yaranır. İrəliləyən vaxtlarda da bu belə davam edəcək. Bazar tələblərinə uyğun olan ixtisasların yaranmasına böyük ehtiyac var”.

Vüsal Kərimli

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə mövzunu Globalinfo-ya belə şərh edib:

“Elm və Təhsil Nazirliyinin yeni ixtisasların yaradılması istiqamətində apardığı işlər Azərbaycan ali təhsil sistemində mühüm bir addımdır. Ali təhsil proqramlarının yenilənməsi və yeni ixtisasların təsis edilməsi əmək bazarının tələblərinə uyğun kadr hazırlığını təmin etmək baxımından vacibdir. Mövcud sistemin təhlili göstərir ki, bir çox ixtisaslar əmək bazarının real tələblərinə uyğun gəlmir və məzunlar iş tapmaqda çətinlik çəkirlər. Bu baxımdan, yeni ixtisasların yaradılması tələbələrə daha çox imkanlar təqdim edə bilər.

Əvvəla, bakalavr səviyyəsində 7 yeni ixtisasın yaradılması təhsil proqramlarının diversifikasiyası baxımından əhəmiyyətlidir. Son illərdə texnologiyanın inkişafı və iqtisadiyyatın dəyişməsi ilə bir çox yeni peşələr yaranıb. Məsələn, süni intellekt, kibertəhlükəsizlik, məlumat analitikası və biotexnologiya kimi sahələrdə kadr hazırlığına ehtiyac var. Əgər yeni ixtisaslar əmək bazarının real tələblərinə uyğun şəkildə formalaşdırılacaqsa, bu, tələbələr üçün böyük üstünlük olacaq. Çünki onlar məzun olduqdan sonra daha rahat iş tapmaq imkanı əldə edəcəklər.

Magistratura səviyyəsində 20 yeni ixtisasın yaradılması isə daha ixtisaslaşmış kadrların yetişdirilməsinə imkan verəcək. Azərbaycanda magistr təhsilinin əsas problemlərindən biri onun bakalavrdan ciddi fərqlənməməsi və elmi-tədqiqat yönümlü olmamasıdır. Əgər yeni magistr ixtisasları daha çox innovasiyalara, tədqiqatlara və praktiki bacarıqların inkişafına yönəldilərsə, bu, məzunların həm akademik, həm də peşəkar sahədə daha uğurlu olmasına gətirib çıxara bilər.

Yeni ixtisasların yaradılması tələbələrə daha geniş seçim imkanı verəcək. Məsələn, hazırda bəzi sahələrdə kadr hazırlığı ümumi ixtisaslar altında həyata keçirilir və tələbələr spesifik sahələr üzrə dərin bilik əldə edə bilmirlər. Əgər yeni ixtisaslar konkret sahələrə fokuslanacaqsa, tələbələrin bacarıqlarına və maraqlarına uyğun təhsil almaq şansları artacaq.

Bununla yanaşı, bəzi mövcud ixtisasların ixtisara salınması da məqsədəuyğun ola bilər. Hazırda Azərbaycanda bəzi ixtisaslar üzrə məzunların sayı çoxdur, amma onlar əmək bazarında iş tapa bilmirlər. Məsələn, iqtisadiyyat, beynəlxalq münasibətlər, hüquq kimi ixtisaslar üzrə artıq kadr bolluğu var və bu sahələr üzrə iş tapmaq çətinləşib. Bunun əvəzinə daha praktiki və bazarın tələblərinə uyğun ixtisaslara üstünlük vermək daha məqsədəuyğundur.

Bəzi hallarda isə köhnə ixtisasların tamamilə ləğv edilməsi əvəzinə onların məzmununun yenilənməsi daha yaxşı olar. Məsələn, ənənəvi informasiya texnologiyaları ixtisası əvəzinə daha spesifik sahələr – süni intellekt mühəndisliyi, məlumat elmi və kibertəhlükəsizlik kimi istiqamətlər əlavə oluna bilər.

Kamran Əsədov

Bu islahatlar yalnız kağız üzərində qalarsa və proqramlar köhnə metodlarla tədris olunarsa, böyük bir dəyişiklik gözləmək olmaz. Əsas məsələ yeni ixtisasların reallığa uyğunlaşdırılması, müasir laboratoriyalar və praktik imkanlarla təmin edilməsi və bu sahələrdə təhsil alacaq tələbələrin gələcək karyera perspektivlərinin təmin edilməsidir. Bundan başqa, müəllim heyətinin də bu yeni ixtisaslara uyğun olaraq yenilənməsi və ixtisasartırma proqramlarından keçməsi vacibdir. Əks halda, köhnə metodlarla yeni ixtisasların tədrisi onların effektivliyini azalda bilər.

Yeni ixtisasların yaradılması müsbət addımdır, amma əsas məsələ onların necə tətbiq ediləcəyidir. Əgər əmək bazarına uyğun, praktiki və innovativ yanaşmalarla hazırlanmış tədris proqramları olsa, bu tələbələr üçün böyük bir fürsət yaradacaq. Amma əgər yeniliklər sadəcə formal xarakter daşıyacaqsa və köhnə problemlər yeni ixtisaslarda da davam edəcəksə, o zaman ciddi nəticələr gözləmək çətin olacaq”.

Ali təhsil məsələləri üzrə ekspert Elçin Süleymanovun sözlərinə görə, bəzi ixtisaslar zaman-zaman aktuallığını itirdiyindən dövrün tələblərinə uyğun olaraq yeni ixtisasların yaranması vacib olur:

Elçin Süleymanov

“Yeni yaradılan ixtisaslar da günün tələblərinə uyğundur. Riyaziyyat və fizika müəllimliyi sistem sinifləri ilə əlaqəlidir. Dəqiq elmlər müəllimləri həm riyaziyyat, həm də fizika fənlərini tədris edə biləcək. Data analitikası da mühüm sahədir. Böyük verilənlər, informasiyalarla işləmək günümüzün zərurətinə çevirilib. Bu sahədən istifadə olunaraq gələcəyin proqnozlaşdırılması aparılır. Kənd təsərrüfatı texnologiyaları da spesifik sahədir. Azərbaycanın prioritet olaraq inkişafını nəzərdə tutduğu sahələrdən biridir. İntensiv kənd təsərrüfatı məhsullarının artırılması üçün peşəkar kadrlara ehtiyac var.

Yeni açılan ixtisaslar arasında qidalanma və diyetologiya da var. Günün əsas problemi olan piylənmə, yanlış qidalanma sözügedən sahəyə marağı, ehtiyacı artırıb. Əlavə olunan 7 ixtisasa həqiqətən böyük ehtiyac var.

Magistratura səviyyəsində bir çox ixtisasların adı dəyişib. Bu da magistraturanın bakalavrdan fərqlənməsi, daha spesifik sahələrdə ixtisasların olmasından qaynaqlanır”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:316
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Fevral 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri