Icma.az
close
up
RU
Süni intellekt üçün bəşəriyyətin məlumatları tükənib İlon Mask

Süni intellekt üçün bəşəriyyətin məlumatları tükənib İlon Mask

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Süni intellekt məlumat zirvəsinə çatıb, gələcək sintetik məlumatlardadır..."

İlon Mask və digər süni intellekt mütəxəssisləri belə bir fikirdədir ki, süni intellekt modellərinin öyrədilməsi üçün real məlumatlar, demək olar ki, tükənib.

Moderator.az xəbər verir ki, bu barədə "ixbt.com" nəşri yazıb.

"Biz süni intellektin öyrədilməsi üçün mövcud olan insan biliklərinin demək olar ki, hamısını tükəndirmişik. Bu, faktiki olaraq keçən il baş verib", - deyə Mask "Stagwell"in sədri Mark Penn ilə "X" platformasında yayımlanan söhbət zamanı bildirib.

Amerikanın "xAI" süni intellekt şirkətinin sahibi İlon Mask "OpenAI"-nın keçmiş baş elmi əməkdaşı İlya Sutskeverin dekabr ayında "NeurIPS" maşın öyrənməsi konfransında səsləndirdiyi fikirləri dəstəkləyib. Sutskever süni intellekt sənayesinin "məlumat zirvəsinə" çatdığını və öyrədici məlumatlar çatışmazlığının mövcud modelləşdirmə yanaşmalarını dəyişməyə məcbur edəcəyini proqnozlaşdırıb.

Mask bu problemi həll etmək üçün süni intellekt modelləri tərəfindən yaradılan sintetik məlumatların istifadəsini təklif edib. "Real məlumatları tamamlamağın yeganə yolu sintetik məlumatlardır, burada süni intellekt özü öyrədici materiallar yaradır. Sintetik məlumatlarla süni intellekt özünü qiymətləndirir və özünü öyrənmə prosesindən keçir", - deyə o, bildirib.

"Microsoft", "Meta",  "OpenAI" və "Anthropic" kimi iri texnologiya şirkətləri artıq öz qabaqcıl süni intellekt modellərinin öyrədilməsi üçün sintetik məlumatlardan istifadə edir. "Gartner"in dəyərləndirmələrinə görə, 2024-cü ildə süni intellekt və analitika layihələrində istifadə olunan məlumatların 60 faizi sintetik yolla yaradılacaq.

Bu həftə mənbə kodu yayımlanan "Microsoft Phi-4" modeli sintetik və real məlumatların birləşməsindən istifadə edilərək öyrədilib. "Google Gemma" modelləri yaradılarkən də oxşar yanaşma tətbiq edilib. "Anthropic" öz effektiv sistemlərindən biri olan "Claude 3.5 Sonnet"in hazırlanmasında sintetik məlumatlardan istifadə edib, "Meta" isə "Llama" modellərinin son seriyasını süni intellekt tərəfindən yaradılan məlumatlarla təkmilləşdirib.

Sintetik məlumatlar üzərində öyrənmə iqtisadi baxımdan bir sıra üstünlüklərə malikdir. "Writer" startapı, demək olar ki, tamamilə sintetik mənbələr üzərində hazırlanmış "Palmyra X 004" modelinin cəmi 700 min ABŞ dollarına başa gəldiyini bildirir. Müqayisə üçün, "OpenAI"-nın oxşar modelinin dəyəri təxminən 4,6 milyon dollar təşkil edir.

Lakin bunun mənfi tərəfləri də mövcuddur. Bəzi araşdırmalar göstərir ki, sintetik məlumatlar "model kollapsına" səbəb ola bilər, nəticədə süni intellekt daha az "yaradıcı" və daha çox qərəzli ola bilər ki, bu da onun funksionallığını ciddi şəkildə poza bilər. Modellər mövcud məlumatlar əsasında sintetik məlumatlar yaratdığı üçün ilkin məlumatlardakı istənilən qərəz və məhdudiyyətlər nəticələrdə də təkrarlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Yanvar 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri