Icma.az
close
up
RU
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

ABŞ-ın "SpaceX" şirkətinin qurucusu İlon Mask hesab edir ki, yaxın beş il ərzində süni intellekt sistemləri bütün insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər.

Mask bu fikirləri The Economist nəşrinə müsahibəsində səsləndirib.

"İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər", - deyə o bildirib.

Maskın sözlərinə görə, süni intellekt onu eyni gün ərzində həm həyəcanlandıra, həm də qorxuya sala bilir. Buna baxmayaraq, o, gələcəyə nikbin yanaşmağa üstünlük verdiyini bildirib.

Milyarder sahibkar hesab edir ki, təxminən 10 il ərzində robotlar və süni intellekt həm fiziki, həm də zehni əmək tələb edən işlərin böyük hissəsini öz üzərinə götürəcək və insanların işləməsi "könüllü seçimə" çevriləcək.

Onun fikrincə, bu proses nəticəsində dünyada "misilsiz bolluq" yaranacaq və pul əvvəlki əhəmiyyətini itirəcək. Mask hökumətlərin vətəndaşlara sadəcə maliyyə ödənişləri etməsinin kifayət edəcəyini, çünki maşınların istehsal etdiyi sonsuz məhsul və xidmət bolluğu fonunda inflyasiyadan daha çox deflyasiya riskinin yaranacağını bildirib.

Mask süni intellekt sahəsində təhlükəsizlik məsələlərinin beynəlxalq əməkdaşlıq tələb etdiyini də vurğulayıb. O, ABŞ və Çin daxil olmaqla aparıcı süni intellekt şirkətlərinin yeni modelləri istifadəyə verməzdən əvvəl bir-birinin sistemlərini yoxlamasını və aşkar edilən riskləri hökumətlərlə bölüşməsini təklif edib.

O, bu məqsədlə uzun müddətdir məhkəmə çəkişməsində olduğu OpenAI-ın rəhbəri Sem Altmanla da əməkdaşlığa hazır olduğunu bildirib.

"Günün sonunda danışmalı olsaq, danışacağıq. Dünya naminə şəxsi fikir ayrılıqlarımızı bir kənara qoya bilərik", - deyə Mask qeyd edib.

Mask, həmçinin Çin şirkətlərinin süni intellekt yarışında gələcəkdə liderə çevrilməsi ehtimalını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Çinin elektrik enerjisi potensialı və robot istehsalı imkanları bu sahədə ciddi üstünlük yaradır.

Müsahibədə geosiyasi məsələlərə də toxunan Mask bildirib ki, ABŞ siyasətində həddindən artıq fəallaşdığını sonradan anlayıb.

"Mən, açığı, həddimi aşmışdım", - deyə o etiraf edib.

Mask daha bir iddialı proqnoz səsləndirərək bildirib ki, 20 il ərzində Böyük Britaniyada vətəndaş müharibəsinin baş verməsi ehtimalını istisna etmir. Onun fikrincə, buna səbəb Qərb dəyərlərinə zidd baxışların cəmiyyət daxilində yaratdığı gərginlik ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 İyul 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri