Süni İntellekt və Hüquq kitabının təqdimat mərasimi keçirildi
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Mediasiya Şurasının təşkilati dəstəyi ilə Gənc Hüquqşünaslar İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində Türkiyənin Medipol Universitetinin professoru Prof. Dr. Ergin Ergül tərəfindən qələmə alınan “Süni İntellekt və Hüquq” kitabı Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub.
Təqdimat mərasimində kitabın müəllifi Prof. Dr. Ergin Ergül, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova, Mediasiya Şurasının İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, Gənc Hüquqşünaslar İctimai Birliyinin İdarə Heyətinin sədri Kamil Lətifov, İdarə Heyətinin üzvü Səma Fərzəli, bir çox hüquqşünas və könüllü iştirak edib.
Tədbir zamanı Prof. Dr. Ergin Ergül süni intellektin hüquq elminə, hüquq peşəsinə və digər sahələrə təsiri barədə geniş çıxış edərək, iştirakçıların suallarını cavablandırmışdır.
Bu nəşr süni intellektin hüquqi aspektlərini öyrənmək istəyənlər üçün dəyərli bir vəsaitdir.
Təqdimatda iştirak və dəstəyə görə Mediasiya Şurasının sədri Nadir Adilova, Kitabın müəllifi Prof. Dr. Ergin Ergülə, “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədovaya dərin təşəkkürümüzü bildiririk.










Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 02 Sentyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















