Icma.az
close
up
RU
“Süni İntellekt və Hüquq” kitabının təqdimatı olub

“Süni İntellekt və Hüquq” kitabının təqdimatı olub

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında mediatorlara Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənc Hüquqşünaslar İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan dilinə tərcümə edilərək çap olunmuş “Süni İntellekt və Hüquq” kitabının təqdimat mərasimi keçirilib.

AYNA.AZ xəbər verir ki, tədbirdə Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova, Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Bayramov və mediatorlar iştirak edib.

Çıxış edən Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova və Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Bayramov mediatorların peşəkar inkişafının və müasir yanaşmaların tətbiqinin hüquq sistemində əhəmiyyətini vurğulayıb.
Tədbir zamanı Ankara Medipol Universitetinin professoru Dr. Ergin Ergül tərəfindən yazılmış “Süni İntellekt və Hüquq” kitabı haqqında geniş məlumat verilib. Kitabın yazılma məqsədi, süni intellektin hüquq sisteminə təsiri və gələcək inkişaf perspektivləri barədə iştirakçılarla müzakirə aparılıb.

Kitabda ön sözün müəllifi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevadır.

Rəqəmsal əsrdə süni intellekt və hüququn qarşılıqlı əlaqəsinə baxışı hədəfləyən kitabın rəyçiləri hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Aparatının rəhbəri Aydın Səfixanlı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyev və Mediasiya Şurasının İdarə Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Nadir Adilovdur.

Tədbirin sonunda iştirak edən hər bir mediatora kitab ödənişsiz olaraq təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Sentyabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri