Icma.az
close
up
RU
Süni intellekt və PUA lar orduda əsgəri əvəzləyə bilərmi? MARAQLI YANAŞMA KONKRET

Süni intellekt və PUA lar orduda əsgəri əvəzləyə bilərmi? MARAQLI YANAŞMA KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Dünyada baş verən müharibələr fonunda ən müasir döyüş texnologiyalarının ilk genişmiqyaslı tətbiqinə 44 günlük Vətən müharibəsində rast gəlindi. Bu müharibə indi də dünyanın bir çox hərbi institutları tərəfindən təhlil olunur. İlk dəfə Azərbaycan ordusu tərəfindən Qarabağın düşməndən azad olunması zamanı müasir müharibə üslubu tətbiq edildi. Azərbaycan həm dronlardan, həm də mövcud imkanlardan maksimum şəkildə istifadə etməyi bacardı”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov səsləndirib.

“Gələcəkdə süni intellekt və pilotsuz texnologiyalar nə qədər inkişaf etsə də, insan faktorunu, əsgəri tam əvəz etmək mümkün olmayacaq. Çünki bu texnologiyaları idarə edən də elə hərbçilərdir. Hazırda artıq pilotsuz uçuş aparatları, tanklar və hətta gəmilərdən istifadə olunur. Bunu xüsusilə Rusiya-Ukrayna müharibəsində aydın şəkildə görürük. Sualtı dronlardan tutmuş hava və quru dronlarına qədər bir çox texnoloji yeniliklər tətbiq edilir.

Texnologiya o qədər sürətlə inkişaf edir ki, gələcəyin müharibə mənzərəsini tam təsəvvür etmək belə çətinləşir. Qlobal miqyasda geosiyasi vəziyyət dəyişib və bir çox bölgələrdə siyasi gərginlik artıq hərbi müstəviyə keçib. Bu şəraitdə silah istehsal edən dövlətlər daha da mükəmməl və qabaqcıl hərbi sursat yaratmaq üçün çalışırlar”.

Rövşən Məhərrəmov bildirib ki, Azərbaycanda hərbi sənaye sahəsi sürətlə inkişaf edir.

“Bu gün ölkəmizdə yüksək keyfiyyətli dronlar və müxtəlif silah sistemləri istehsal olunur və artıq bəzi məhsullar xaricə də ixrac edilir. Dünyada isə əsas silah istehsalçısı və ixracatçısı ABŞ-dır. Bununla belə, bütün müasir texnologiyalar insan əməyi olmadan işləyə bilməz. Hər bir dronun, silahın arxasında onu idarə edən hərbçi, dizayn verən mühəndis və elmi araşdırmalar dayanır.

44 günlük müharibə son yüz ilin ən müasir və effektiv döyüş strategiyalarının tətbiq olunduğu savaşlardan biri kimi tarixə düşüb. Azərbaycanın erməni separatçılarına qarşı həyata keçirdiyi əməliyyat dünyanın hərbi ekspertləri tərəfindən örnək kimi göstərilir. Bu texnologiyalara malik bir çox ölkələr, o cümlədən Rusiya və Ukrayna Azərbaycan ordusu kimi silahlardan düzgün və effektiv istifadəni təmin edə bilməyiblər.”

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Aprel 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri