Tramp dünyanı bu cür görür Lukyanovdan MARAQLI YANAŞMA KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
“Tramp dünyanı nəyisə sökməyin və ya tikməyin mümkün olduğu tikinti meydançası kimi görür”.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti öz çıxışlarında, o cümlədən Qəzza və Ukrayna məsələlərində “söküntü yeri” ifadəsini çox işlədir.
“O, sözün əsl mənasında dünyaya bir tikinti meydançası kimi baxır. Yəni xoşu gəlməyən hər şeyi məhv etmək və istədiyini tikmək istəyir. İkinci Dünya Müharibəsindən sonra BMT beynəlxalq nizamın əsas aləti kimi onun xarabalıqları üzərində yaradılıb. O vaxtdan bəri, münaqişələrə və böhranlara baxmayaraq, qlobal sistem nisbi nizam-intizamı qoruyub saxladı və tam məhvə imkan vermədi. Ancaq sistem özünü tükədib, onun mövcudluğunun bütün əsas şərtləri dəyişib. Yaxın onilliklərdə indiki nizam-intizam olmayacaq”.
Müşviq Tofiqoğlu


