Icma.az
close
up
RU
Süni intellekt xərçəngi illər öncədən aşkar edəcək

Süni intellekt xərçəngi illər öncədən aşkar edəcək

Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Koreya Material Elmləri İnstitutunun alimləri qanda xərçəng hüceyrələrinin mikroskopik izlərini illər öncədən müəyyən edə bilən yeni optik biosensor hazırlayıblar.

“Medicina” xəbər verir ki, bu sensor yüksək həssaslığı, analiz sürəti və süni intellektin imkanları ilə erkən xərçəng diaqnostikasında inqilabi yenilik ola bilər.

Məlumdur ki, bədəndə şişlər formalaşmağa başlayanda qanda dəyişmiş DNT sahələri meydana çıxır. Lakin erkən mərhələdə onların konsentrasiyası çox az olduğundan mövcud biosensorlar bunu aşkar edə bilmir.

Yeni biosensor isə işıqla qarşılıqlı təsirdə optik siqnalları 100 milyon dəfədən çox gücləndirir. Bu texnologiya vasitəsilə cəmi bir millilitr qanda 25 femtoqram metilləşdirilmiş DNT aşkar etmək mümkündür.

Sensor kolorektal xərçəngi olan 60 xəstənin qan nümunəsi üzərində sınaqdan keçirilib və 99% dəqiqliklə nəticə verib. Qurğu təkcə xərçəngin mövcudluğunu deyil, xəstəliyin mərhələsini də dəqiq müəyyənləşdirir. Analiz üçün sadəcə 10 ml qan tələb olunur və proses 20 dəqiqədən artıq çəkmir. Üstəlik, bu üsul xüsusi hazırlıq və bahalı avadanlıq tələb etmir.

Yeni texnologiyanın gələcəkdə klinikalar, laboratoriyalar və hətta evdə istifadə üçün portativ cihazlar şəklində tətbiqi mümkün olacaq.

Aygün Musayeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 16 İyul 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri