Süni intellekt xərçəngi müalicə edəcək
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Yaxın illərdə süni intellekt texnologiyalarından istifadə etməklə xərçəng xəstəliyinin müalicəsində fərdiləşdirilmiş yanaşmalar geniş tətbiq olunacaq.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin səhiyyə naziri Robert F. Kennedi Jr. bəyan edib.
O bildirib ki, bu texnologiyalar hər bir xəstənin genetik xüsusiyyətlərini, xəstəliyin gedişatını və digər tibbi məlumatları analiz edərək daha dəqiq və effektiv müalicə planlarının hazırlanmasına şərait yaradır.
Kennedi qeyd edib ki, bu istiqamətdə aparılan işlər səhiyyə sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və məqsəd standart müalicə üsullarından fərqli olaraq hər bir pasiyent üçün optimal nəticə verən fərdi terapiya modellərini inkişaf etdirməkdir.
Qeyd edək ki, ABŞ-də səhiyyə qurumları süni intellekt əsaslı layihələrə maliyyə dəstəyini artıraraq xüsusilə uşaq xərçəngi üzrə məlumatların təhlili və yeni müalicə üsullarının hazırlanmasını sürətləndirməyi də hədəfləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 23 Aprel 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















