Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb.
“Qafqazinfo”nun xəbərinə görə, “Nolla Health” şirkətinin hazırladığı “Nolla Derm” tətbiqi 18 yaşdan yuxarı sakinlərə sızanaq müalicəsi ilə bağlı tövsiyələr və uyğun hesab edildikdə resept almaq imkanı verir.
İstifadəçi şəxsiyyətini təsdiqlədikdən, sağlamlıq anketini doldurduqdan və üzünün beş fotosunu yüklədikdən sonra süni intellekt 10-15 dəqiqə ərzində müalicə planı hazırlayır.
Sistem yalnız həkimlər tərəfindən əvvəlcədən təsdiqlənmiş məhdud sayda dərman arasından seçim edir. Ağır və mürəkkəb hallar isə həkimlərə yönləndirilir.
İlk 100 xəstəyə verilən reseptlər iki lisenziyalı həkim tərəfindən ayrıca yoxlanılacaq. Nəzarətin azaldılması üçün süni intellektlə həkim qərarları arasında ən azı 95 faiz uyğunluq tələb olunur.
Şirkət sızanaq müalicəsinin geniş yayıldığını və dermatoloqa müraciət üçün gözləmə müddətinin 61 günə çata bildiyini bildirir. Lakin həkimlər resept qərarlarının yalnız avtomatlaşdırılmış sistemə həvalə edilməsinə etiraz edirlər. Onların fikrincə, dərman təyin edilərkən xəstənin ümumi vəziyyəti, yan təsirlər və digər dərmanlarla qarşılıqlı təsir kimi amillər də nəzərə alınmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 08 Oktyabr 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















