Icma.az
close
up
RU
Süni intellektə ixtisas seçimi ilə bağlı tam etibar etmək olmaz XƏBƏRDARLIQ

Süni intellektə ixtisas seçimi ilə bağlı tam etibar etmək olmaz XƏBƏRDARLIQ

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Süni intellektdən ixtisas seçimi və universitetlərlə bağlı məlumat əldə edərkən ehtiyatlı olmaq lazımdır. Təhsil eksperti Elçin Əfəndinin fikrincə, bu texnologiya hələ də abituriyentlər üçün tam etibarlı informasiya mənbəyi hesab oluna bilməz.

Ekspert Modern.az-a açıqlamasında bildirib ki, süni intellekt bəzi hallarda, xüsusilə ödənişli versiyalarda daha dəqiq məlumat təqdim etsə də, ixtisaslaşma və qəbul prosesi ilə bağlı məlumatlarda ciddi çatışmazlıqlar qalmaqdadır.

Onun sözlərinə görə, əsas problem süni intellektin köhnə məlumat bazasına əsaslanmasıdır:

"Qəbul prosesində cari ilin plan yerləri, təhsil haqları, ixtisas şifrələri və universitetlərin qəbul etdiyi dəyişikliklər əsas rol oynayır. Bu məlumatlar hər il yenilənir. Bəzi ixtisaslar ləğv olunur, yeniləri yaradılır, şifrələr dəyişir. Süni intellekt isə bu dəyişiklikləri hər zaman operativ əks etdirə bilmir. Buna görə də bu istiqamətdə təqdim etdiyi məlumatlara tam güvənmək mümkün deyil", – deyə E.Əfəndi bildirib.

Ekspert qeyd edib ki, süni intellekt ümumi məlumatların əldə edilməsində faydalı ola bilər:

"Məsələn, hansı ixtisasların gələcəkdə daha perspektivli olduğu və ya əmək bazarında daha çox tələb gördüyü barədə ümumi məlumatlar təqdim edə bilər. Amma abituriyentlər üçün həyati əhəmiyyət daşıyan qəbul qaydaları, plan yerləri və ixtisas şifrələri kimi məsələlərdə süni intellektə tam etibar etmək düzgün deyil", – deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyul 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri