Icma.az
close
up
RU
Süni intellektin gücü və gəncliyin yanlış istiqaməti

Süni intellektin gücü və gəncliyin yanlış istiqaməti

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Son dövrlərdə süni intellekt və süni zəka texnologiyaları misilsiz sürətlə inkişaf edir. Artıq bir neçə il öncə xəyallarda belə canlandırmaq çətin olan alqoritmlər bu gün bir neçə kliklə böyük nəticələr yarada bilir. Bu texnologiyaların inkişafı nəticəsində insan əməyinə ehtiyac azalmış, bir çox sahələrdə məhsuldarlıq artmış, yaradıcılıq imkanları isə hər kəs üçün əlçatan olmuşdur.

Xüsusilə video və vizual kontent sahəsində bu dəyişiklik daha aydın hiss olunur. Bir vaxtlar sadə bir animasiya və ya qrafik video hazırlamaq üçün 3D Max və oxşar mürəkkəb proqramlarda günlərlə çalışan mütəxəssislərə ehtiyac var idi. İndi isə süni intellekt əsaslı alətlər, bir neçə cümləlik təsvirlərlə istənilən səhnəni canlandıra bilir. 

Proqramların istifadəsi sadələşib, interfeyslər daha əlçatan olub. Bu o deməkdir ki, artıq hər bir gənc, texniki biliyi olmadan belə, öz ideyasını görüntüyə çevirə bilər.

Lakin bu imkanlar həm də bir sual doğurur: bu gücdən necə istifadə edirik?

Təəssüf ki, reallıq göstərir ki, bir çox gənclər bu texnologiyanı cəmiyyətə fayda vermək və ya mənəvi dəyərləri təbliğ etmək əvəzinə, sırf diqqət və reytinq naminə yanlış istiqamətlərə yönəlirlər. Maarifləndirici, sosial mesajlı və milli-mənəvi dəyərləri təbliğ edən videoçarxlar hazırlamaq əvəzinə, süni intellekt vasitəsilə vaxtilə sosial şəbəkələrdə trend olmuş, lakin vulqar ifadələrlə dolu videolar yenidən dirçəldilir. Bu kontentlər manipulyasiya olunaraq izləyici cəlb edir, lakin əslində, mənəviyyatımıza zərbə vurur.

Burada sosial platformaların alqoritmlərinin də böyük rolu var. Təəssüf ki, bu alqoritmlər maarifləndirici və mənəvi dəyərləri təbliğ edən məhsulları ön plana çəkməkdə zəifdir. Əksinə, vulqar davranışların, sensasiya yaradan və asan izlənən kontentlərin qarşısını açır, onları daha çox istifadəçinin qarşısına çıxarır. Nəticədə, artıq biz sosial platformaları idarə etmirik, əksinə sosial platformalar bizi idarə etməyə başlayır.

Unutmayaq ki, texnologiya özü-özlüyündə nə yaxşıdır, nə də pis. Onu hansı məqsədlə istifadə etdiyimiz önəmlidir. Süni intellekt əgər doğru istiqamətə yönləndirilərsə milli dəyərlərimizi təbliğ edən, tarixi şəxsiyyətlərimizi tanıdan, təhsil və maarifçilik sahəsində inqilabi yeniliklər yaradan bir gücə çevrilə bilər. Əks halda, bu texnologiya yalnızca səthi məzmun, mənəviyyatdan uzaq trendlər və süni reytinqlə dolu bir boşluğa çevriləcək.

Bu günümüzün əsas çağırışı budur: texnologiyanı dəyərə çevirmək. Gənclərimizi bu imkanlardan düzgün istifadə etməyə təşviq etməli, onlara doğru örnəklər göstərməliyik. Süni intellekt gələcəyin mühüm alətidir, amma gələcəyin özünü formalaşdıracaq olan insan düşüncəsi və məsuliyyətidir.

Səməndər Niftəliyev,

Sosial media üzrə mütəxəssis

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 İyun 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri