Süni intellektin hazırladığı pəhriz xəstəxanalıq etdi
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-də 60 yaşlı kişi ChatGPT neyron şəbəkəsinin məsləhəti ilə duzu natrium bromidlə əvəz etmək qərarına gəlib və bu səbəbdən psixiatrik xəstəxanaya yerləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Vaşinqton Universitetinin həkimlərinin ACP Journals portalında dərc olunmuş araşdırmasında deyilir.
Həkimlərin sözlərinə görə, təqaüdçü duzu pəhrizindən çıxarmaq qərarına gəlib və buna görə də kömək üçün süni intellektə müraciət edib.
Süni intellekt kişiyə ədviyyatı dəyişdirmək üçün bir neçə variantı tövsiyə edib, onlardan biri zəhərli natrium bromidi əlavə etmək olub. Araşdırmaya görə, kişi üç ay ərzində bu pəhrizə riayət edib.
Mütəxəssislər qeyd ediblər ki, amerikalı tezliklə halüsinasiyalar görməyə başlayıb və o, paranoyya və oriyentasiya pozğunluğu yaşamağa başlayıb.
Daha sonra kişi psixotik epizodlardan şikayət etməyə başlayıb. Həkimlərlə söhbətində təqaüdçü qonşusu tərəfindən zəhərləndiyini ehtimal edib. O, xəstəxanadan da qaçmağa cəhd edib. Nəticədə həmin şəxs məcburi müalicəyə göndərilib. İki həftə sonra həkimlər amerikalının vəziyyətinin stabilləşdiyini təsdiqləyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 10 Avqust 2025 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















