Türkiyəli professor: İnsan əli toxunmasa, süni intellektin hazırladığı xəbərin dəyəri yoxdur
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Süni intellekt xəbər mətnlərini hazırlayır, lakin onun qaynağının dəqiqləşdirilməsində problem var. Süni intellekt mətn hazırlamaq qabiliyyətinə malik olsa da, duyğusal tərəfləri olmadığından yekunda insan müdaxiləsi zəruri olur. UNESCO-nun "Süni intellekt və Media etikası" kodeksi var. Burada hər iki anlayış arasındakı fərqliliklər açıq şəkildə göstərilir".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan mətbuatının 150 illiyi münasibətilə keçirilən xarici, eləcə də Azərbaycan və Türkiyə jurnalistlərinin görüşündə Professor Levent Eraslan deyib.
O bildirib ki, sosial media platformalarında bir mətnin hazırlanmasında süni intellektin imkanlarından istifadə edildiyi göstərilir:
"Hesab edirəm ki, bu qeyd xəbər mətnlərində də əks olunmalıdır. İnsan əli toxunmasa, süni intellektin hazırladığı xəbərin heç bir dəyəri yoxdur".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 29 May 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















