Icma.az
close
up
RU
Süni intellektin oyunları: hər an bizi izləyir?

Süni intellektin oyunları: hər an bizi izləyir?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Rəqəmsal marketinq son onillikdə texnoloji inkişafın təsiri ilə sürətlə dəyişmiş və inkişaf etmiş bir sahədir.

Bu dəyişikliklər arasında süni intellekt mühüm rol oynayır. Süni intellekt rəqəmsal marketinqin təməlini təşkil edən müştəri davranışlarını anlamaq, qərar vermə proseslərini optimallaşdırmaq və marketinq strategiyalarını daha səmərəli və hədəf yönlü qurmaq üçün geniş imkanlar təqdim edir.

Bu sahədə süni intellektin ümumi rolu nədən ibarətdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən rəqəmsal marketinq mütəxəssisi Nazim İbrahimov bildirib ki, rəqəmsal marketinqin inkişafında süni intellekt texnologiyasının rolu getdikcə daha da artır:

"Bu, marketinq mütəxəssislərinə müştəri davranışlarını daha dəqiq təhlil etmək, qərar qəbul etmək və nəticələri optimallaşdırmaq imkanı verir. Süni intellekt yalnız marketinq proseslərini avtomatlaşdırmaqla kifayətlənmir, həm də müştəri ilə daha sıx əlaqə qurmaq və fərdiləşdirilmiş təcrübələr təqdim etmək imkanı yaradır. Süni intellektin tətbiq sahələri müştəri xidməti, reklam hədəfləmə, kontent yaradılması, performans ölçümü və elektron ticarət kimi geniş bir spektri əhatə edir".

Onun sözlərinə görə, süni intellektin rəqəmsal marketinqdəki ən mühüm tətbiq sahələrindən biri müştəri davranışlarını təhlil etməkdir. Mütəxəssisin dediyinə görə, bu zaman süni intellekt istifadəçilərin axtarış tarixçələrini, sosial şəbəkələrdəki fəaliyyətlərini, əvvəlki alış-verişlərini və digər məlumatları toplayaraq analiz edir:

"Bu məlumatların təhlili nəticəsində müştəri davranışları haqqında ümumi anlayışlar əldə olunur və marketoloqlar müştərilərə daha uyğun və fərdiləşdirilmiş təcrübələr təqdim edə bilirlər. Məsələn, bir müştərinin əvvəlki alış-verişinə əsaslanaraq ona uyğun məhsul və ya xidmət təklifləri təqdim edilə bilər. Bu cür fərdiləşdirmə müştəri məmnuniyyətini artırır və marka ilə daha uzunmüddətli əlaqələrin qurulmasına kömək edir".

Nazim İbrahimov: Süni intellekt müştəri ehtiyaclarını real vaxtda izləyir

Nazim İbrahimov qeyd edib ki, süni intellekt həm də reklamların və marketinq kampaniyalarının daha səmərəli olmasını təmin etmək üçün istifadə olunur:

"Reklam hədəf seçimi məsələsində süni intellekt alqoritmləri müştəri məlumatlarını və davranışlarını təhlil edərək ən uyğun hədəf auditoriyasını müəyyənləşdirir. Müştərilərin onlayn fəaliyyətləri, axtarış tarixləri və demoqrafik məlumatlar əsasında marketoloqlar daha doğru və effektiv reklam strategiyaları hazırlaya bilərlər. Məsələn, bir markanın reklamını yalnız məhsul və ya xidmətlə maraqlanan müştərilərə göstərməklə, reklam büdcəsi daha səmərəli istifadə olunur və daha yüksək dönüş nisbətləri əldə edilir. Bu, həm də müştərilərə daha uyğun və maraqlı reklamlar təqdim edərək onların marka ilə əlaqəsini dərinləşdirir".

Süni intellektin elektron ticarət sahəsindəki ən təsirli tətbiqlərdən biri olduğundan söz açan marketoloq elektron ticarət platformalarında süni intellektin müştərinin əvvəlki alış-verişlərinə və davranışlarına əsaslanaraq fərdi məhsul tövsiyələri təqdim etdiyini söyləyib:

"Bu sistem müştərilərin maraq dairələrini və alış-veriş vərdişlərini nəzərə alaraq onlara daha uyğun məhsullar təqdim edir, nəticədə daha yüksək satış və müştəri məmnuniyyəti təmin olunur. Məsələn, "Amazon" və "Netflix" kimi böyük platformalar istifadəçilərin keçmiş fəaliyyətlərini izləyərək onlara uyğun məhsul və ya xidmətlər təklif edir. Bu cür fərdiləşdirilmiş təkliflər müştəri təcrübəsini zənginləşdirir və onları daha çox alış-veriş etməyə təşviq edir. Süni intellekt alətləri müxtəlif məlumat mənbələrindən yığılan verilənləri analiz edərək hansı kampaniyaların daha uğurlu olduğunu və hansı sahələrdə inkişaf etdirmə lazım olduğunu müəyyənləşdirir. Bu təhlillər marketinq fəaliyyətlərinin daha effektiv şəkildə idarə olunmasına və resursların daha məqsədyönlü istifadə edilməsinə imkan verir".

Gələcəkdə süni intellektin rəqəmsal marketinqə təsirindən danışan N.İbrahimovun qənaətincə, bu sistemin marketinqə təsiri daha da artacaq:

"Yeni alqoritmlər, daha inkişaf etmiş maşın öyrənmə modelləri və daha böyük məlumat bazası sayəsində marketinq strategiyaları daha da fərdiləşdiriləcək. Süni intellekt müştəri ehtiyaclarını real vaxtda izləyərək marketinq kampaniyalarını daim optimallaşdırmağa imkan verəcək. Bundan əlavə, süni intellektin təkmilləşdirilməsi ilə müştəri ilə olan əlaqələr daha sıxlaşacaq və marka ilə uzunmüddətli əlaqələr qurulacaq".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Yanvar 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri