Icma.az
close
up
RU
Süni intellektin yaratdığı nənə fırıldaqçılarla mübarizə aparacaq

Süni intellektin yaratdığı nənə fırıldaqçılarla mübarizə aparacaq

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Bir müddət əvvəl süni intellektin köməyi ilə yaradılan və "Virgin Media O2" mobil telefon şirkətində istehsal olunan Deyzi nənə fırıldaqçılarla mübarizə aparacaq.
Reyting.az
-ın məlumatına görə, Böyük Britaniyada fəaliyyət göstərən "Virgin Media O2" telefon şirkətinin gerçəkləşdirdiyi və süni intellekt tərəfindən yaradılmış Deyzi nənənin işi bütün günü müxtəlif variantlardan istifadə edən fırıldaqçılarla ünsiyyət qurmaqdır. Deyzi nənə bunu edir ki, fırıldaqçılar insanları öz torlarına sala bilməsinlər, həmçinin insanlar belə şəxslərə asanlıqla inanmasınlar.
"CBS News" bildirir ki, artıq layihə başa çatıb və ingiltərəli bir qrup mütəxəssisin Deyzi adlandırdığı süni intellekt obrazı olan nənə noyabrın 14-də istifadəyə verilib. Mütəxəssislər bu nənəni dərhal işə yönəldiblər və az sonra Deyzi süni intellektinin köməyi sayəsində öz peşəkarlığını nümayiş etdirib.
Nənənin təxminən 1000-dən çox fırıldaqçı şəxslə bağlantı qurub söhbətə başladığı deyilir. Deyzi nənə onlarla kifayət qədər danışıb, üstəlik, bu danışıqların içində ən uzun çəkən söhbət təxminən 40 dəqiqə davam edib.
Süni intellektin ixtirası Deyzi nənə - avam qarı obrazını çox ustalıqla yaradıb. O, çoxlu suallar verib. Öz texniki məlumatsızlığı ilə onları qıcıqlandıran nənə, nəvələri barədə yorulmaq bilmədən yersiz nağıllar danışmaqla, belə üsullarla fırıldaqçıların vaxtlarını daha çox almağa çalışıb.
Deyzi insan kimi görünsə də, mahiyyətcə, nənə şəxsiyyətinə malik böyük həcmli süni intellektin dil modelidir. Bu qarı tez qavrayır, nəticə çıxarır, eləcə də bu cür fırıldaqçıları dinləməklə yanaşı, onların səslərini mətnə çevirməklə işləyir. Daha sonra isə süni intellektin vasitəsilə uyğun cavab tapmaq üçün böyük bazada axtarış aparır və mətn nitqə çevrilməklə öyrənilir.
Böyük Britaniyada, Avropada və bir çox dünya ölkələrində tanınan "Virgin Media O2" telefon şirkətinin adından bu maraqlı, eləcə də ilk sınaqdan çox uğurla çıxmış yeniliklə bağlı danışan nümayəndə CBS telekanalına bildirib ki, onlar Deyzi ilə qeyri-adi üsullarla işləyirlər.
CBS-nin sualını cavablandıran tanınmış şirkətin sözçüsü deyib ki, onlar indi Deyzi nənəni öyrətmək üçün hətta çoxlu sayda tanınmış fırıldaqçılarla işləyirlər. Məhz bu işlə məşğul olanlar Deyzi nənənin telefon nömrəsini "onlayn fırıldaqçı siyahılarına" əlavə etmək üçün "nömrə hədiyyəsi" adlı taktikadan da istifadə edirlər.
Tərtibatçıların fikrincə, Deyzi nənə hətta telefonun o biri başında onunla ünsiyyət quran adamın nə qədər inandırıcı olsa da, həmişə düşündüyünüz kimi olmadığını xatırladır.
Mütəxəssislərin dediyinə görə, fırıldaqçı şəxsləri "oxumağı", onları yayındırmağı bacaran süni intellektin yaratdığı yenilik kimi Deyzi nənə sınaqdan keçmiş böyük və çox uğurlu bir ixtiradır.
Oqtay QORÇU

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Noyabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri