Icma.az
close
up
RU
Azərbaycanda süni intellektin yaratdığı əlavə dəyər ölçülmür

Azərbaycanda süni intellektin yaratdığı əlavə dəyər ölçülmür

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda süni intelektin yaratdığı əlavə dəyər ölçülmür və kənd təsərrüfatında bu praktikanın tətbiqi çox vacibdir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə bildirib.

"Yaxşı olardı ki, bu gün Kənd Təsərrüfatı Nazirliyi süni intelektin tətbiqi nəticəsində aqrar sektorda əldə edilən konkret nəticələri qeyd edərdi. Süni intelektdən və yaxud rəqəmsal həllərdən istifadə nəticə deyil, vasitədir. Nəticə konktet iqtisadi dəyərlə ifadə olunur. Eləcə də, kənd təsərrüfatı sektorunda yaradan dəyərin hansı hissəsinin süni intelekt və yaxud rəqəmsal həllər hesabına əldə edilməsinin də hesablanmasına ehtiyac var. Hazırda süni intellektin tətbiqi nəticəsində qlobal aqrar sektorda yaradılan dəyər 4,7 milyard ABŞ dolları qiymətləndirilir. 2035-ci ilə qədər bu rəqəmin 46,6 milyard dollara çatacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, kənd təsərrüfatında süni intelekt daha çox dəqiq əkinçilik, avtomatlaşdırma, dron analitikası və heyvandarlığın monitorinqində tətbiq olunur: "Dəqiq əkinçiliyə gübrələrin və pestisidlərin dəyişkən nisbətdə nəzərə alınmaqla süni intellektin idarə etdiyi sahəyə xas bitkilərin seçilməsi daxildir. Avtomalaşdırma işçi qüvvəsi çatışmazlığını aradan qaldırır. Dronlar məhsulun monitorinqi, sahə təhlili üçün geniş istifadə olunur və bu da onları süni intellekt tətbiqinin əsas hissəsinə çevirir. Heyvandarlqda süni intellekt heyvanların sağlamlığını, davranışını və qidalanmasını izləmək, rifahı və məhsuldarlığı artırmaq üçün istifadə olunur. Göründüyü kimi, süni intellektdən aqrar sektorda istifadə imkanları geniş olmaqla yanaşı, bu sahədə yaradılan dəyərin artmasına səbəb ola bilər".

Deputat həmçinin deyib ki, hazırda kənd təsərrüfatında 1 milyon 782 min işçi çalışır: "İşçi sayına görə kənd təsərrüfatı ən çox məşğulluq yaradan sektor hesab olunur. Sektoral say baxımdan ikinci ən çox işçi qüvvəsinin çalışdığı ticarət, nəqliyyat vasitələrinin təmiri ilə 715 min vətəndaşımız məşğuldur. Məşğul əhalinin 35,4 %-nin kənd təsərrüfatında çalışmasına baxmayaraq bu sektorun ÜDM-də payı cəmi 5,9 %-dir. 2025-ci ildə kənd təsərrüfatında 7 milyard 616 milyon manatlıq dəyər yaradılıb. Ümumi iqtisadiyyatda hər məşğul işçi başına düşən illik iqtisadi dəyər 25 min 671 manat olsa da, kənd təsərrüfatında bu göstərici cəmi 4 min 273 manatdır".

"Süni intellektin kənd təsərrüfatında tətbiqi səbəblərindən biri də inkişaf etmiş ölkələrdə və eləcə də bir sıra inkişaf etmiş dövlətlərdə kənd təsərrüfatında işçi qüvvəsi çatışmazlığıdır. Məsələn, bu rəqəm əksər inkişaf etmiş dövlətlərdə 2 %-ə qədər, Rusiyada 5 %, Polşada isə 6 %, ekosistemi yaxın olan Qazaxıstanda 11 %, Türkiyədə 14 %-dir. Niderlanda məşğul əhalinin 2 %-i kənd təsərrüfatında çalışsa da 2025-ci ildə bu ölkənin aqrar ixracının dəyəri 137,5 milyard avro olub. Məşğul əhalinin 1/3-dən çoxunun çalışdığı Azərbaycanda isə ötən il aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 1,3 milyard ABŞ dolları olub. Azərbaycanda istehsal və ixrac imkanlarının artırılması və qeyd edilən fərqlərin azaldılması üçün məhz süni intelektdən daha sıx şəkildə istifadə vacibdir", - deyə V.Bayramov çıxışını yekunlaşdırıb. (Report)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://banco.az
archiveBu xəbər 11 Mart 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri