Icma.az
close
up
RU
Süni intellektlə ana və qızını aldadıb seyfi oğurladılar MƏHKƏMƏ

Süni intellektlə ana və qızını aldadıb seyfi oğurladılar MƏHKƏMƏ

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Bakıda süni intellekt vasitəsilə ana və qızını aldadaraq onlara məxsus qızıl zinət əşyaları və 100 min manat olan seyfi ələ keçirməkdə ittiham olunan Ruslan Məmmədov, Emin Əliyev, Rahid Hadıyev və Fazil Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Ölkə.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmlə Ruslan Məmmədova beş il azadlıqdan məhrum edilməklə bir il sınaq müddətinə şərti cəza, Emin Əliyevə beş il azadlıqdan məhrum edilməklə bir il sınaq müddətinə şərti cəza, Rahid Hadıyevə 5 il 6 ay azadlıqdan məhrum edilməklə iki il sınaq müddətinə sərti cəza, Fazil Əliyevə isə 5 il 6 ay azadlıqdan məhrum edilməklə bir il sınaq müddətinə şərti cəza verilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Ruslan Məmmədovun 6 il 6 ay, Emin Əliyevin 6 il 6 ay, Rahid Hadıyevin 7 il 6 ay, Fazil Əliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etmişdi.

Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrında Bakıda baş verib. Ruslan Məmmədov tamah niyyəti və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışları Əliyev Emin, Hadıyev Rahid, Əliyev Fazil, şəxsiyyəti istintaqla araşdırılan "Telegram" sosial şəbəkəsində "Victor Sergo", "Beneficiary" və "B" adı ilə qeydiyyatdan keçmiş şəxs və ya şəxslərlə, eləcə də özünü Darina Nikolayevna kimi təqdim edən şəxs və istintaqa məlum olmayan qeyriləri ilə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2024-cü il oktyabrın 11-də Bakı şəhər sakini Zəminə Quliyevanın mobil telefon nömrələri vasitəsilə bir neçə dəfə əlaqə saxlayıblar. Onlar onun qızı Roida Rzayevanın guya ağır yol-nəqliyyat hadisəsi törədərək idarə etdiyi avtomobillə vurduğu piyadanın və özünün ağır bədən xəsarətləri alması, həmin fakt üzrə araşdırmanın Darina Nikolayevna tərəfindən aparılması, xəsarət almış piyadanın təcili cərrahi əməliyyatı üçün 15 000 manat lazım olduğundan Roida Rzayevaya məxsus içərisində 90 000 manat, 5 000 ABŞ dolları, 1 000 avro nağd pul vəsaiti, ümumi dəyəri 6 000 manat təşkil edən səkkiz ədəd beş qramlıq, bir ədəd on qramlıq qızıl sikkə olan dəmir seyfi istəməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar veriblər. Onlar guya həmin dəmir seyfin və kənarda olan nağd pul vəsaitlərinin qızı R.Rzayevaya təcili çatdırılacağı adı ilə yalan vəd verib aldatmaqla, Z. Rzayevaya məxsus 1 600 manat və 800 ABŞ dollarını əvvəlcədən danışılmış taksi vasitəsilə götürərək ələ keçirmiş, Z.Rzayeva və R.Rzayevaya külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişlər.

Faktla bağlı CM-in 178.3.2. (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır) maddəsi ilə cinayət işi başlanıb, sözügedən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar. İstintaq araşdırmaları ilə məlum olub ki, təqsirləndirilənlər həyata keçirdikləri dələduzluq əməlində səslərin uyğunlaşdırılmasında süni intellektdən istifadə ediblər. Onu da qeyd edək ki, ittiham olunan şəxslər tərəfindən dəymiş zərər ödənilib.(oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Dekabr 2025 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri