Bibilərinə məxsus evdən televizor oğurladılar Məhkəmə cəzalandırdı
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Masallı rayonunda bibilərinə məxsus evdən oğurluq edən iki qardaş barəsində məhkəmə hökmü çıxarılıb.
Qaynarinfo xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 2025-ci ildə Masallının Bədəlan kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olublar. Rusiya Federasiyasında yaşayan bibilərinə məxsus evin birinci mərtəbəsindəki pəncərəni açaraq içəri girən qardaşlar ikinci mərtəbədə yerləşən qonaq otağından iki ədəd "Samsung” markalı televizor oğurlayıblar.
Oğurlanan əmlaklardan birinin dəyəri 2700 manat, digərinin isə 1500 manat olub. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 4200 manat məbləğində maddi ziyan vurulub.
Məhkəmə istintaqı zamanı hər iki təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özlərini təqsirli bildiklərini deyiblər. Onların ifadələrinə əsasən, əvvəlcə axşam saatlarında oğurluq etmək istəsələr də, bunu həyata keçirə bilməyiblər. Növbəti gün səhər saatlarında yenidən evə gələrək pəncərə vasitəsilə içəri daxil olub iki televizoru götürüblər.
Qardaşlar oğurladıqları televizorlardan birini Bakı şəhərində 70 manata satdıqlarını bildiriblər. Sonradan əmlakın dəyərindən xeyli ucuz satıldığını və zərərçəkmiş şəxsin onların qohumu olduğunu nəzərə alaraq televizorlardan birini geri qaytarmaq qərarına gəldiklərini qeyd ediblər. Lakin geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
Təqsirləndirilən şəxslər məhkəmədə zərərçəkmişə vurulan maddi ziyanın ödənildiyini bildirərək onlara yüngül cəza təyin edilməsini xahiş ediblər.
Məhkəmənin hökmü ilə hər iki müttəhim Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. Onlardan biri 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Digəri isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsa da, onun ev dustaqlığında saxlanıldığı müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Seyid
Baxış sayı:139
Bu xəbər 19 İyun 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















