Süni intellektlə bağlı qorxunc ssenari Təhlükəli plan ifşa olundu
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Süni intellekt artıq yalnız işləri asanlaşdıran texnologiya deyil. Son hesabat bu sistemlərin təhlükəli məqsədlər üçün istifadə edilməsinə dair ciddi cəhdlərin olduğunu ortaya qoyub.
“Yeni Sabah” xəbər verir ki, süni zəka şirkəti "Anthropic" tərəfindən yayımlanan son təhdid kəşfiyyatı hesabatında süni zəka sistemlərindən bioloji silahların hazırlanması, silah proqramlarının yazılması və casusluq məqsədilə istifadə cəhdləri barədə məlumat verilib.
Şirkət bildirib ki, sistemlərindən bioloji silah hazırlamaq üçün istifadə etməyə çalışan şəxslərin qarşısı alınıb. Marqarita pizza
Hesabata görə, "Anthropic" süni zəka modellərinin bioloji silahların hazırlanması prosesinə cəlb edilməyə çalışıldığı 5 hadisə müəyyən edib. Şirkət bioloji sahədə sui-istifadəni sürətlə inkişaf edən süni zəka sistemləri üçün ən ciddi təhlükələrdən biri hesab edir.
Burada əsas problem bəzi elmi məlumatların həm faydalı, həm də təhlükəli məqsədlər üçün istifadə oluna bilməsidir. Məsələn, müəyyən elmi biliklər xəstəliklərə qarşı peyvənd hazırlamaq üçün də, bioloji silah yaratmaq üçün də istifadə edilə bilər.
"Anthropic"in Təhdid Kəşfiyyatı rəhbəri Ceykob Klein bildirib ki, təhlükə yaradan şəxslər hər zaman açıq şəkildə zərərli məqsədlərini ortaya qoymurlar.
Bu sahədə oxşar cəhdlər yalnız "Anthropic" ilə məhdudlaşmır. "Google"da istifadəçilərdən birinin "Gemini" vasitəsilə silaha çevrilə bilən bioloji maddələrin hazırlanması ilə bağlı texniki məlumat əldə etməyə çalışdığını açıqlayıb.
Hesabatda süni zəkanın adi silahların hazırlanması üçün də istifadəsinə cəhd edildiyi qeyd olunur. Məlumata görə, bəzi şəxslər odlu silahlar, idarə olunan raketlər, silahlı pilotsuz uçuş aparatları və bombalar üçün hədəfləmə və idarəetmə proqramları hazırlamağa çalışıblar.
Sistemlərin təhlükəsizlik mexanizmləri bu cəhdləri müəyyən edərək fəaliyyətləri dayandırıb.
Son 8 ay ərzində aşkarlanan hadisələr süni zəkadan casusluq və kiberhücumlarda da daha geniş istifadə edildiyini göstərib. Hesabatda Rusiya ilə əlaqəli kiber casusluq fəaliyyətlərində iştirak edən şəxslərin, həmçinin İranda fəaliyyət göstərən təbliğat qurumlarından birinin süni zəka sistemlərindən istifadə etməyə çalışdığı bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 14 Sentyabr 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















