Icma.az
close
up
RU
Süni intellektlə tam yeni viruslar yaradıldı Elmdə inqilabi addım

Süni intellektlə tam yeni viruslar yaradıldı Elmdə inqilabi addım

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Stenford Universitetinin və "Arc Institute" tədqiqat mərkəzinin alimləri elmdə ilk dəfə olaraq generative süni intellektin köməyilə tam funksional və təbiətdə mövcud olmayan yeni viruslar tərtib ediblər.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu "Science" jurnalında dərc olunub.

Tədqiqatçılar böyük dil modellərinə bənzər prinsiplə çalışan "Evo 1" və "Evo 2" genom dili modellərindən istifadə edərək bakteriyaları yoluxduran "bakteriofaj" tipli viruslar üçün yeni genomlar generasiya ediblər. Laboratoriya şəraitində kimyəvi yolla sintez edilən 300-ə yaxın sınaq modelindən 16-sı tam həyat qabiliyyətli və funksional virus kimi formalaşıb.

Sınaqlar zamanı bu süni viruslar "E. coli" bakteriyaları ilə qarşılaşdırılıb. Bəzi sintetik viruslar təbii analoqlarından daha sürətlə çoxalaraq antibiotiklərə qarşı müqavimət göstərən bakteriya ştamlarını belə məhv etməyi bacarıb.

Alimlər vurğulayırlar ki, yaradılan bu viruslar bakteriofaj olduğu üçün insanlar üçün heç bir təhlükə yaratmır. Bu üsul gələcəkdə antibiotiklərə davamlı super-bakteriyalara (superbug) qarşı yeni nəsil müalicə metodlarının və faj terapiyalarının hazırlanmasında mühüm rol oynaya bilər.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Avqust 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri