Elmdə sıçrayış: Parkinsona qarşı inqilabi dərman təsdiqləndi
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Parkinson xəstəliyinin müalicəsi üçün induksiya edilmiş plyuripotent kök hüceyrələri (iPS hüceyrələri) əsasında hazırlanmış dərman Yaponiyada qismən təsdiqlənib.
Oxu.Az bildirir ki, bu barədə Kioto Universitetinin iPS Hüceyrə Tədqiqatları və Tətbiqi İnstitutundan məlumat verilib.
"Bu, irəliyə doğru böyük addımdır. Əlimizdən gələni edəcəyik ki, bu müalicə metodu mümkün qədər tez bir zamanda etibarlı standart seçimə çevrilsin", - deyə institutun direktoru Dzyun Takahasi bildirib.
Hazırlanmış preparatın tərkibində iPS hüceyrələrindən yetişdirilən sinir hüceyrələri mövcuddur. Bu hüceyrələr Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərə transplantasiya üçün nəzərdə tutulub.
Ötən ilin aprelində Kioto Universiteti bu hüceyrələrin transplantasiyasından sonra bəzi xəstələrdə müsbət dəyişikliklərin müşahidə olunduğunu göstərən klinik sınaq nəticələrini təqdim edib. Avqust ayında "Sumitomo Pharma" şirkəti məhsulun "Amshepuri" ticarət adı ilə təsdiqlənməsi üçün müraciət edib və sənəd sürətləndirilmiş prosedur çərçivəsində nəzərdən keçirilib.
Bundan əlavə, işemik kardiyomiyopatiyanın müalicəsi üçün nəzərdə tutulmuş iPS hüceyrələrinə əsaslanan digər dərman da qismən təsdiq alıb. Qeyd olunur ki, hər iki preparat öz növündə unikaldır və hazırda dünyada analoqu yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 21 Fevral 2026 05:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















