Icma.az
close
up
RU
Süni uşaq qidaları xəstəlikdir, verməyin! Həkimdən XƏBƏRDARLIQ

Süni uşaq qidaları xəstəlikdir, verməyin! Həkimdən XƏBƏRDARLIQ

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Son vaxtlar analar arasında xüsusi səbəb olmadan tələsərək süni qidaya keçidləri çox görməyə başlamışam. Əlbəttə, bu, böyük səhvdir, səhvlər isə çox zaman bilgisizlikdən olur".

Ölkə.Az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O, süni uşaq qidalarını "xəstəlik" adlandırıb:

"Süni qida verməyə məcbur olsaq belə, bunun nəhayətdə xəstəliklərə gətirəcəyini də bilirik.

Bunun üçün bir çox səbəblər var:
- İnək südü zülalı insan immuniteti üçün qıcıq mənbəyidir. Bağırsaq selikli qişasını qıcıqlandırır və elə hər şey də buradan başlayır. Qıcıqlanmış immunitet autoimmun xəstəliklərə şərait yaradır (Xaşimoto, MS ,Atopik dermatit, psoriaz, vitiliqo, revmatoid artrit və s.).

- Süni qida ticarəti lap başında anasız və südsüz qalan uşaqları düşünürdüsə, indi ana südsüz qalması üçün hər şeyi edir ki, daha çox qazanc olsun.

- Süni qida istehsalı üçün seçilmiş heyvanlar antibiotiklərlə, vitaminlərlə, hormonlarla bəslənilir ki, məhsuldarlıq aşağı düşməsin. Bütün bunlar, əlbəttə, südə keçir. Hətta inək başqa ot yeyəndə belə südün qoxusu və dadı dəyişir. Özüm uşaq vaxtı öz inəyimizin südündə bunu hiss etmişəm .

- Süni qida bildiyimiz kimi toz şəklindədir. Maye südün toza çevrilməsi, saxlanılması və sonra təkrar maye süd halına gətirilməsi kimi proseslər onun tərkibinə təsir edir, müxtəlif "ziyansız" maddələr qatılır. Bütün bunlar da təsirsiz ötüşmür.

- Süni qidaların tərkibi standart olur, individual seçilə bilməz. Uşaqlar isə individual olur. Onun individual tələbatını öz anası ödəyə bilir ancaq. Ona görə süni qida hər şeyin artıqlığı deməkdir və hər şeyin artığı zərərdir.

-Süni qida ilə vurduğumuz zərər ölçüyə gəlməz. Çünki o əlimizdə olan gözəl qablaşdırılmış bir silahdır. Onunla təbii bağırsaq baryerini, immun müdafiəni, beyin-qan baryerini, bir sözlə, hər səddi dağıda bilirik.

"Gördüm uşaq doymur", "işə çıxırdım ,verdim", "ancaq gecələr verdim" və s. bütün bunlar zərərə aparan və bunun fərqində olmadığınız bəhanələrdir.

Doymadığını biz həkimlər dəqiq deyərik. İşə çıxanda süd sağıb qoymaq olar. Əsas da gecələr ana südü verilməlidir ki, azalmasın. Gündə bir dəfə də versəniz, süni qida yenə zərərlidir".

Billurə Yunus
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Mart 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri