Icma.az
close
up
RU
Toylarda bu qidaları yeməyin Həkimdən XƏBƏRDARLIQ

Toylarda bu qidaları yeməyin Həkimdən XƏBƏRDARLIQ

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

“15 ildir ki, mən həyəcan siqnalı çalıram. Lakin insanlar düzgün qidalanmaya diqqət etmirlər. Son vaxtlar toylarda artan zəhərlənmələrin səbəbi təbii ki, illərlə mövcud olan qidalanma qaydalarımızdır”.

Bu sözləriMusavat.com-a açıqlamasında həkim-diyetoloq Leyla Zülfüqarova deyib.

O bildirib ki, zəhərlənmələrin artmasının səbəbi toydarda həddindən artıq qidaların verilməsidir:
“Bizim mətbəximiz zəngindir. Toylarda isə hər kəs ən gözəl, zəngin süfrəni açmaq istəyir. Bu isə həddindən artıq qida qəbuluna, zəhərlənməyə gətirib çıxarır. Qonaqlar bir-birini sevməyən tərkibli qidaları eyni anda qəbul edir.

İnsanlar deyə bilər ki, biz illərlə dədə-babalarımızdan belə görmüşük, heç bir problem olmayıb. Necə ola bilər ki, indi olur? Baxın, məsələ o yerdədir ki, indiki qlobal həyat tərzinin özü ilə bizim həyatımıza daxil olan, bir sıra ciddi problemlər yaradan qidalar var.

Biz əvvəl deyək ki, çox qidalansaq, oradan bir dənə səhv tərkib qazanırdıqsa, indi çox qidadan çox səhv tərkibləri qazanırıq. Bu zaman orqanizmə xeyri olmadan ziyan verə bilən maddələrin allergik reaksiyaları ilə qarşılaşırıq. Süfrələrə növ-növ salatlar düzülür. O salatlar günlər öncədən hazırlanır.

Ekoloji vəziyyət bu gün yerində deyil. Havada uçuşan asıcı maddələr, toksik maddələr var ki, onlar da qidanın tərkibinə hopurlar və qida öz keyfiyyətini tez itirir. Zəngin tərkibli qidaları üst-üstə qəbul etdikdə bunu orqanizmimiz metabolizmadan keçirə bilmir.

Soyuq salatlar, ardınca ət qrupu qidalar, aş və şirniyyatı yeyirlər. Sağlam qidalanmada isə bir ət növü bir gündə yeyilməlidir. Şirin, rəngli içkilər, sular orqanizmə zərərlidir. Qazlı içkilərdən sonra təkrar qida qəbulu zəhərlənməyə gətirib çıxarır. Bütün bunlar orqanizm üçün fövqəladə haldır. Toyda mayonezsiz bir salat və ət növü qəbul edilsə, qazlı sulardan və çaydan imtina edilsə, insanlar daha gümrah hiss edər və zəhərlənmələrin qarşısı alınar.

Toy süfrəsində birlikdə yeyilməməsi tövsiyə olunan bəzi qida kombinasiyaları:

1. Balıq + Süd/Yoğurt

Səbəb: Həzm problemi yarada bilər, bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər.

Alternativ: Balıq varsa, yanında limonlu, zeytun yağlı salatlar təqdim edin.

2. Qırmızı ət + Duzlu pendir

Səbəb: Hər ikisi yüksək natrium ehtiva edir. Tansiyon və böyrək problemi olanlar üçün təhlükəlidir.

Alternativ: Ətin yanında tərəvəz salatları və ya turşular verilsin.

3. Meyvə + Şirniyyat

Səbəb: Meyvə mədədə daha tez həzm olunur, şirniyyatla birlikdə yeyildikdə qaz, köp, diskomfort yarada bilər.

Alternativ: Meyvəni şirniyyatdan sonra bir az fasilə ilə təqdim etmək daha yaxşıdır.

4. Turşu + Ayran

Səbəb: Hər ikisi mədəni asidləşdirir, qaz və mədə narahatlığı yarada bilər.

Alternativ: Turşularla birlikdə su və ya təmiz içkilər daha uyğundur.

5. Şirin içki (kompot, kola və s.) + Piroq və ya tort

Səbəb: Həddindən artıq şəkər yüklənməsi olur, insulin səviyyəsini ani qaldırır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Aprel 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri