Icma.az
close
up
RU
Süni yumurta istehsal etmək istəyirlər

Süni yumurta istehsal etmək istəyirlər

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Yaxın gələcəkdə toyuqsuz yumurta istehsalı mümkün olacaq.
Reyting.az
xəbər verir ki, bunu elm adamları bildiriblər.
Qida sahəsində bu cür yeniliklərin, hansı keyfiyyət göstəriciləri əsasında həyata keçiriləcəyi hələ də şübhəli qalır.
Buna baxmayaraq, alimlər artıq qidalanma inqilabının astanasında olduqlarını iddia edirlər. Bəzi tədqiqatçılar hətta çıxış yolu olaraq bitki əsaslı yumurta analoqlarından istifadəni məqbul sayırlar.
Məlum olduğu kimi, bitki əsaslı belə yumurta əvəzedicilərinin yaradılması alimlərin, o cümlədən aparıcı şirkətlərin üzərində çalışdıqları bir layihədir. Hər il dünyada milyardlarla yumurta istehlak edilir ki, bu da birbaşa ekologiya və heyvanların rifahı ilə bağlı çox ciddi suallar yaradır.
İdeya ilə bağlı "Bu niyə vacibdir?" sualına cavab verən bir qrup alimin izahına görə, əslində, bitki yumurtaları yalnız orijinalı əvəz etməməli, həm də eyni funksiyaları yerinə yetirməlidir. Onlar inqrediyentləri bağlayır, daha sonra isə emulqator kimi fəaliyyət göstərir və nəticədə də qablara toxuma əlavə edir. Burada emulqatorun rolu böyükdür, çünki emulqator maddə kimi qarışmadan fəaliyyətinə davam edir. Nəticədə isə mayelərdən emulsiyaların əmələ gəlməsi təmin olunur.
Buna nəzarət etmək və istənilən nəticəni almağa nail olmaq, eyni zamanda baş verən prosesləri xüsusi diqqətlə, həm də xronoloji ardıcıllıqla izləmək tapşırığı getdikcə çətinləşdirir. Çətinliklərə görə, ruhdan düşməyən alimlərin fikrincə, bu sahədə qarşıya çıxan hər bir çətinlikləri dəf etməklə uğur əldə etmək mümkün olacaq.
Massaçuset Universitetindən olan alim Devid Culian Makklementsin rəhbərliyi altında çalışan bir qrup tədqiqatçı yumurta ağlarının xüsusiyyətlərini fəal şəkildə öyrənməyə başlayıblar. Araşdırmaların əsas məqsədi zülalların qızdırıldığı zaman çevrilməsini, qatlanma qabiliyyətini artırmaq, eləcə də gel quruluşunu yaratmaqdır. Soya, munq lobya və lupin kimi bitki zülalları üçün bu proses daha çox vaxt, həmçinin daha yüksək temperatur tələb edir.
Tədqiqatçılar bildiriblər ki, ümumiyyətlə, gələcəyin texnologiyaları çox ümidverici görsənir və bu elm aləmində çox dəqiq fermentasiya kimi müasir texnologiyalar alternativlərinin yaradılması üçün əsasa çevrilir. Alimlər qeyd edir ki, bu üsul çox miqdarda zülal istehsal etməyə də imkan verir, üstəlik, bitki mənşəli olan yumurta əvəzedicilərini qidalı, dadlı və istehsalını daha da asanlaşdırır.
Devid Culian Makklementsin və onun bu sahədə tədqiqatlar aparan həmkarlarının dediklərinə görə, demək olar ki, hər gün elm adamları mükəmməl bitki yumurtası yaratmağa yaxınlaşırlar. Belə əvəzedicilər yemək bişirməyə yanaşmanı da dəyişəcək. Alimlər ümid edirlər ki, bu yeni, həmçinin tamamilə bitki tərkibinə malik gələcəyin yumurtası hətta toyuq yumurtaları ilə də rəqabət aparacaq qədər əlverişli, ekoloji cəhətdən təmiz bir məhsula çevrilə bilər.
Elm adamları bildiriblər ki, bitki tərkibli yumurtalar qidalanma üçün orijinal yenilik kimi elm tarixinə düşəcək. Tədqiqatçılar belə yumurtaların insanların orqanizminə mənfi təsir göstərməyəcəyini deyirlər.
Oqtay QORÇU

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Dekabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri